Accessibility links

Avropa Parlamentinin üzvləri Azərbaycanı siyasi repressiyalara son qoymağa çağırıb


Avropa Parlamenti

Avropa Parlamenti

Deputatlar bildirir ki, “Eurovision” dan sonra Azərbaycan hakimiyyəti siyasi motivli həbslər praktikasını davam etdirir

Avropa Parlamentinin altı üzvü Avropa İttifaqı xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eştona məktub göndərib.
Deputatlar K.Eştonun 26 iyun tarixli bəyanatını alqışlayıb. O, bəyanatda Azərbaycan hakimiyyətini vətəndaşların siyasi motivlərlə təqib olunması faktlarına son qoymağa çağırıb.
Eyni zamanda deputatlar qeyd edir ki, “Eurovision” dan sonra Azərbaycan hakimiyyəti siyasi opponentlərə təzyiqləri artırıb və siyasi motivli həbslər praktikasını davam etdirir.
Buna misal kimi RATİ-nin fotoreportyoru Mehman Hüseynova qarşı cinayət işinin qaldırılması, “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun həbsi göstərilib.
Məktubda xatırladılır ki, iyunun 26-da Avropa Şurasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi Azərbaycan hakimiyyətini təxminən 80 siyasi məhbusun problemini həll etməyə və gələcəkdə bu cür həbslərə yol verməməyə çağıran qətnamə qəbul edib.
“Biz Azərbaycan hakimiyyətindən vətəndaşların siyasi motivlərlə təqib olunması praktikasına dərhal son qoyulmasını, Avropa Şurasının üzvü kimi öz ölkəsinin bu sahədə öhdəliklərini təmin etməsini tələb edirik”, - məktubda deyilir.
XS
SM
MD
LG