Accessibility links

Azərbaycan nümayəndə heyəti Avronest PA-da fəaliyyətini dayandırır


 Azərbaycan nümayəndə heyəti Avronest PA-da fəaliyyətini dayandırır

Azərbaycan nümayəndə heyəti Avronest PA-da fəaliyyətini dayandırır

O,Avropa Parlamentini Azərbaycanda gizli təxribat və iğtişaş yaratmaqda ittiham edir

Avronest PA-nın vitse-prezidenti, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa, ATƏT sədri Leonid Kojaraya, Avropa Şurasının prezidenti Jan Klod Minyona, ATƏT PA prezidenti Ranko Krivokapiçə, Avronest PA həmprezidentləri Y. Kirilova, B. Tarasyuka, Prezidentlər Konfransının üzvlərinə və Avropa Parlamentinin bütün üzvlərinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hələ bu il iyulun əvvəllərində Azərbaycan seçkilərin müşahidə ediləcəyi ölkələrin siyahısına salınmadıqda biz hesab edirdik ki, ölkədə ciddi problemlərin olmamasını nəzərə alaraq Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərməmək qərarına gəlib.

Bu gün isə sübut olunur ki, Avropa Parlamentinin hələ iyulun əvvəllərində Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərməmək qərarı onun Azərbaycanda gizli təxribat və iğtişaş yaratmaq planlarından irəli gəlib.

Azərbaycanı seçkilərin müşahidə ediləcəyi ölkələr siyahısına salmamaqla Avropa Parlamenti siyasi təxribata başlayıb və Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunu zədələməyə cəhd göstərib.

AP-nin kiçik ranqlı məmurlardan təşkil olunmuş ATƏT DTİHB müşahidə missiyasının qərəzli qətnaməsinə təkidlə əsaslanması Avropa Parlamenti deputatlarından formalaşmış İnsan Haqları Evinə, AP, AŞPA və ATƏT PA-ya vurulmuş ağır zərbə, inamsızlıq və etibarsızlıqdır.

Avropa Parlamentinin prezidenti Martin Şults mənə yazdığı cavab məktubunda deyir: "Bu mürəkkəb məsələni Azərbaycan və Ermənistanın özü həll etməlidir".

Bu, absurddur. Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT/DTİHB-ya istinad edilməsinə təkidli çağırışı Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir.

Görünür ki, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra təxribat planlarının baş tutmamasından və Azərbaycanı Liviya və Suriyaya çevirə bilmədiklərindən çox məyus olublar.

Bütün yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı Avronest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır”.
XS
SM
MD
LG