Accessibility links

Avropa Parlamenti Türkiyəyə xəbərdarlıq ünvanlamağa hazırlaşır


Avropa Parlamenti onlarla jurnalistin həbsi və azad mediaya təzyiqlərinə görə Türkiyəyə xəbərdarlıq ünvanlamağa hazırlaşır.

Hökumətin dekabrın 14-də müstəqil xəbər agentliyi Zaman qəzetinin baş redaktoru Əkrəm Dumanlı və televiziya kanalının direktoru Hidayət Karaca da daxil edilməklə, jurnalsitləri həbs etməsi beynəlxalq ictimaiyyətin qəzəbi ilə qarşılanıb.

Mediaya qarşı təzyiqlərə beynəlxalq reaksiya

Reyddən sonra Almaniya kansleri Angela Merkel deyib ki, Türkiyənin demokratik prinsiplərə riayət etmədiyinə dair şübhələri aradan qadırması onun öz əlindədir.

Ağ Ev rəsmiləri həbslərə görə narahatlıqlarını ifadə edərək, hökumətin avtoritarizm yolunda irəlilədiyini bildirib.

Avropa Parlamenti yanvar ayının 15-də Türkiyəyə rəsmi xəbərdarlıq verməlidir. Sosial Demokratların bəyanatında deyirlir ki, dekabr reydi demokratiyanın özəyi olan mətbuat azadlığına hörmət edilməsini sual altına alıb.

Qurumun digər partiyaları da narahatlıqlarını ifadə edib.

Yekun sənəddə jurnalistlərin məhkəməsiz həbsi pislənməlidir.

Hüquq müdafiəçiləri 2012-2013-cü illər ərzində Türkiyədə 70 jurnalistin həbs edildiyini və Türkiyənin dünyada jurnalistlərin mühakiməsi bağlı ən ağır vəziyyətdə olduğunu bildirir.

Türkiyə geri çəkilməyəcək

Ankaranın Strasburqun qınağına reaksiyası prezident Ərdoğanın reaksiyasına bərabər olacaq. Dekabr hadisələri ilə bağlı ölkə prezidenti deyib ki, bizi Avropa Birliyinin dedikləri maraqlandırmır. O, əlavə edib ki, ağlınızı özünə saxlayın. Ərdoğan Avropanı islamofobiya ilə mübariyə çağırıb.

Türkiyə rəsmiləri dekabr reydinin mətbuat azadlığı ilə heç bir əlaqəsi olmadığını deyərək, bunu hökumətin devrilməsi cəhdi kimi qiymətləndirib.

Hədəf alınan mətbuatın Hizmetlə əlaqəsi var

Hədəf alınan televiziya stansiyaları və qəzetlərin əksəriyyəti müsəlman ruhani Fətulla Gülen hərəkatı ilə əlaqəsi var. ABŞ-da yaşayan Gülen Hizmet (Xidmət) hərəkatına rəhbərlik edir.

Ötən həftə Türkiyənin hakim partiyası Hizmeti ölkənin təhlükəsizliyinə hədə adlandırıb. Türkiyə ABŞ-dan Gülenin ekstradisiyasını tələb edir.

Prezident Ərdoğan komprimizə getməyəcək

Rəcəp Tayyib Ərdoğan prezident seçildikdən dərhal sonra mətbuata qarşı kəskin mövqedən çıxış edir. Dekabrın 26-da Ankara çıxışı zamia prezident daha artıq jurnalistin həbs ediləcəyi barədə xəbərdarlıq verib. O deyib ki, Türkiyə əleyhinə təbliğat aparan jurnalistləri həbs gözləyir.

Rəcəp Tayyib Ərdoğan dünyanın heç bir yerində mətbuatın Türkiyədəki qədər azda olmadığını vurğulayıb.

XS
SM
MD
LG