Accessibility links

Avropa Parlamenti ittifaq ərazisində ümumi patent sistemini qəbul edib


Təxminən 40 ilə yaxın davam edən danışıqlardan sonra Avropa İttifaqı 27 ölkəni əhatə edən birlik üçün ortaq patent qəbul edib.

25 Avropa İttifaqı ölkəsində indiyə qədər köhnə qayda ilə tətbiq olunan ticarət müəssisələrinin hər bir ölkədə ayrı-ayrılıqda patent haqqının qorunmasına görə müraciətini dəyişmək barədə razılığa gəldikdən sonra çərşənbə axşamı Avropa parlamenti ümumi patent sistemini qəbul edib.

İspaniya və İtaliya sənədin yalnız üç dildə ingilis, fransız və alman dillərində tətbiq ediləcəyinə etiraz edərək, ümumi patent sisteminin tətbiqinə qarşı çıxır. Lakin Avropa İttifaqının baş vəkili İtaliya və İspaniyanın Avropa Ədalət Məhkəməsində qaldırdığı etirazlara xətm verib.

Hazırda hər il Avropa ərazisində təsdiqlənən 60,000 patent biznes sahiblərinə 25 min ABŞ dollarına başa gələ bilər. Bu rəqəmin üçdə ikisi patentlərin müxtəlif dillərə tərcümə olunmasına xərçlənir. Avropa İttifaqı 2014-cü ildə tətbiq olunacaq yeni ümumi patentin biznes sahiblərinə cəmi 6400 ABŞ dollarına başa gələcəyini bildirib.
XS
SM
MD
LG