Accessibility links

Avropaya qaçqın axını davam edir


Macarıstan 2015-ci ildə 100 mindən çox miqrantı qeydiyyata alıb

Bu günlər Macarıstan və Avropanın digər ölkələrinə rekord sayda miqrant qanunsuz daxil olmaqdadır.

Macarıstan 2015-ci ildə 100 mindən çox miqrantı qeydiyyata alıb və bu rəqəm keçən ilki qeydiyyatdan iki dəfə çoxdur. Rəsmilər deyib ki, yalnız dünən sərhədi 2100 insan keçib. Bu, bir gün ərzində sərhədi keçən ən yüksək mühacir sayıdır.

BMT-nin Qaçqınlar Üzrə Agentliyi bütün hökümətləri təhlükəsizlik axtarışında olan bu insanlara mərhəmət göstərməyə çağırıb.

Çərşənbə axşamı agentlik qarşıdan gələn bir neçə gün ərzində Yunanıstandan Makedoniyaya hər gün 3,000 min insanın keçəcəyini gözlədiyini bildirib. Agentlik onlara qarşı insani rəftarın vacibliyini vurğulayıb, həmçinin Suriya və İraqdakı vəziyyətin dəyişmədiyi təqdirdə Avropadakı vəziyətin də dəyişməyəcəyini qeyd edib.

Birləşmiş Millətlər Təşkilatı Suriya qaçqınlarına yardım məqsədilə bu il 7.5 milyarda ianələrə ehtiyacın olduğunu, lakin üzv ölkələrdən bu məbləğin sadəcə 30 faizini toplaya bildiyini söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG