Accessibility links

Avropa liderləri miqrantları yerləşdirmək planı ilə bağlı razılıq əldə etməyiblər


Macarıstan Serbiya ilə əsas sərhəd nəzarət-buraxılış məntəqəsində tikanlı məftillər yerləşdirib

Avropanın daxili işlər nazirləri 120 min miqrantı Avropa İttifaqı boyu bölüşdürmək planı ilə bağlı razılıq əldə edə bilməyiblər.

Nazirlərin əksəriyyəti məcburi kvotaları qəbul etsə də, bu planı rədd edənlərin çoxu Şərqi Avropa ölkələri, əsasən də Macarıstan və Slovakiya olub. Bu ölkələr Qərbi Avropaya keçmək istəyən miqrantların ilk dayanacğıdır.

Əvəzində, nazirlər bundan öncə irəli sürülmüş plan üzrə razılıq əldə edib. Bu plana əsasən, hazırda Yunanıstan və İtaliyada olan 40 min miqrantın yerləşdiriləcək.

Bundan əlavə isə bazar ertəsi Macarıstan Serbiya ilə əsas sərhəd nəzarət-buraxılış məntəqəsində tikanlı məftil çəkib. Onlarla polis, atlılar və əsgərlərin dəstəyi ilə miqrantların Avropa İttifaqına keçmək üçün istifadə etdiyi dəmir yolunda dayanaraq, miqrantların qərbə keçməsinin qarşısını alıb.

Eyni zamanda isə Almaniyanın Avstriya ilə yeni sərhəd nəzarət-buraxılış məntəqələrində 20 kilometrilik tıxaclar yaran. Almaniyadan əlavə, Slovakiya da nəzarət-buraxılış məntəqələri tətbiq edib. Avstriya da bunu edəcəyini bildirib.

Bu il Suriya və İraq qaçqınları daxil olmaqla daha yaxşı həyat axtarışında olan 430 mindən çox miqrant Aralıq dənizi vasitəsilə Avropaya keçib. Miqrasiya nəzarətçilərinin bildirdiyinə görə, 3 minə yaxın insan yolda ölüb.

Ötən ay şərqi Avstiya magistralında 71 miqratın cəsədi tapıldıqdan sonra rəsmilər insan alveri ilə bağlı xəbərdarlıq edirlər.

Bəzi Avropa liderləri Suriya və digər ölkələrdə müharibələrdən qaçan miqrantları qitəyə qəbul etdiyi üçün Almaniyanı günahlandırır. Almaniya isə bəzi Avropa ölkələrinin miqrantları qəbul etmək istəməməsini narazılıqla qarşılayır.

XS
SM
MD
LG