Accessibility links

Şərqi Avropa ölkələri qaçqınlarla bağlı planı rədd edir


Minlərlə miqrant ayaqla Macarıstandan Vyanaya keçir

Avropa İttifaqının dörd üzv ölkəsi Aİ-nin 160 min miqrantı Avropa ölkləri arasında bölüşdürmək planını rədd edib.

Macarıstan, Çexiya Respublikası, Polşa və Slovakiya cümə günü Praqada Almaniya və Lüksemburqun xarici işlər nazirləri ilə görüşüblər. Bu iki qərbi Avropa ölkəsi daha çox da zəngin olmayan Şərqi Avropa ölkələrini bu planı qəbul etməyə razı salmağa çalışıblar.

Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek deyib ki, ölkələr nə qədər qaçqın qəbul edəcəklərinə özləri qərar verməlidirlər.

Minlərlə miqrant ayaqla Macarıstandan Vyananaya keçir, çünki Macaristandan Avstriya paytaxtına istiqamət edən qatarlar təxirə salınıb.

Rəsmilər 60 kilometrlik səfər üçün qatara minməyə çalışan kütlə ilə məşğul olmağa qüvvələrinin qalmadığını deyirlər.

Avstriyanın A4 magistralı maşınlara bağlanıb ki, Avstriya və ya Almaniyada sığınacaq almağa çalışan qaçqınlar Vyanaya keçə bilsinlər.

Bu arada Macarıstandakı qaçqın düşərgələrində cərrahi maskalar taxmış polisin qaçqınlara sendviç atdığını göstərən video internetdə yayılandan sonra Macarıstan polisi istintaqa başlayıb.

Macarıstan Almaniya və Avstriya ilə müqayisədə qaçqınlara pis rəftarına görə tənqid olunub. Avropa İttifaqının şərq sərhədində yerləşdiyi üçün müharibə gedən ölkələrdən qaçıb Qərbi Avropada daha yaxşı həyat axtaran insanların qarşısını ilk Macarıstan alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG