Accessibility links

Pedro Aqramunt: Hər iki tərəf deskalasiyanı təmin etməli və güc tətbiqini dayandırmalıdır


Pedro Aqramunt

Pedro Aqramunt

Avropa Şurasının bilavasitə mandatının olmamasına baxmayaraq, parlament diplomatiyası Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına kömək edə bilər.

Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Strasburqda AŞ PA-nın yaz sessiyasında çıxışında deyib.

P.Aqramunt aprelin əvvəlində Dağlıq Qarabağda, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş gərginliyə toxunaraq bütün üzv ölkələri ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşmağa çağırıb:

“Bu ayın əvvəlində Dağlıq Qarabağ bölgəsində yenidən zorakılıqlar şiddətləndi və bu da təmas xətti boyu mülki vətəndaşlar da daxil olmaqla, çoxsaylı insan itkisi ilə nəticələndi. Mən çoxsaylı insan tələfatı və zorakılıq əməllərinin baş verməsindən çox üzgünəm. Əminəm ki, hər iki tərəf bu gərginliyə son qoymaq üçün imkanlar yaratmalı, zorakılıqlara son qoymalı və atəşkəsə riayət etməlidir. Mən 47 üzv ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşılmasının zəruriliyini ifadə etmişəm. Həmişə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırmışam. Beynəlxalq hüquq münaqişələrin sülh yolu ilə həll edilməsinə imkan verən hüquqi normalar təklif edir".

Onun sözlərinə görə, qoşunların təmas xəttində bu yaxınlardakı eskalasiya çoxsaylı qurbanlara, o cümlədən, mülki əhali arasında qurbanlara səbəb olub.

O, əlavə edib ki, hər iki tərəf deskalasiyanı təmin etməli və güc tətbiqini dayandırmalıdır:

"Beynəlxalq hüquq münaqişənin sülh yolu ilə nizamlanması üçün hüquqi zəmin verir və Ermənistanla Azərbaycan beynəlxaq hüquq qarşısında öhdəliklərinə əməl etməlidirlər və münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmalıdırlar".

AŞPA prezidenti diqqətə çatdırıb ki, bu məsələ gündəliyində birinci dərəcəli məsələ olaraq qalır.

XS
SM
MD
LG