Accessibility links

Torbörn Yaqland: İlqar Məmmədov Avropa Məhkəməsinin qərarından sonra da həbsdə saxlanılır


Torbörn Yaqland

Torbörn Yaqland

Avropa İnsan Hüquqları Konvensiyası Avropa Şurasının bütün üzvləri üçün kompasdır və həyat standartlarını müəyyər edir, və bu standartları qəbul edənlər ona əməl etməlidirlər.

Bu barədə Avropa Şurasının baş katibi Torbörn Yaqland yanvarın 26-da Strasburqda açılan AŞPA-nın qış sessiyasının iştirakçılarına müraciətində bildirib.

Buna parlaq nümunə kimi Azərbaycanda tanınmış ziyalı və fəal İlqar Məmmədovun hələ də həbsdə olmasını göstərmək olar.

Onun sözlərinə görə, hazırda bu Konvensiyasının prinsip və dəyərlərinin terrorizm və miqrasiya kimi problemlərin təsiri altında “eroziya”sı müşahidə olunur. Bu amillər çox zaman bəzi hökumətlər tərəfindən Konvensiyanın müddəalarının pozulmasına haqq qazandırılması üçün istifadə edilir.

Bəzi ölkələr Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tətbiqinə qadağa qoyur və ya açıq şəkildə onlara məhəl qoymur.

“Buna parlaq nümunə kimi Azərbaycanda tanınmış ziyalı və fəal İlqar Məmmədovun hələ də həbsdə olmasını göstərmək olar."

Cənab Məmmədov iki ildir ki, həbsdədir, təhdidlərə və işgəncələrə məruz qalır. O, Avropada layiq olmadığı halda həbsdə qalan yeganə şəxs deyil. Lakin yeganə şəxsdir ki, qitədə yüksək hüquqi səlahiyyətlətə malik olan Strasburq məhkəməsi məhkəmələr və prokurorluğun öz səlahiyyətindən sui-istifadə edərək onu həbsə alması barədə nəticəyə gəldikdən sonra da həbsdə saxlanılır. Başqa sözlə, İ.Məmmədova qarşı siyasi motivli sübutlardan istifadə olunub.

ReAL Hərəkatının sədri İlqar Məmmədov Müsavat başqanı İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)

ReAL Hərəkatının sədri İlqar Məmmədov Müsavat başqanı İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)

Strasburq məhkəməsinin 18-ci maddənin pozulmasını qeydə aldığı başqa hallarda həbs edilənlər ya dərhal azadlığa buraxılıblar, ya onlara bəraət verilib ya da hökm ləğv edilib.

İndiki halda belə bir şey yoxdur. Azərbaycan hakimiyyəti İlqar Məmmədovun azad edilməsi barədə mənim, eləcə də insan hüquqları komissarının çağırışlarına məhəl qoymayıb.

Belə olan vəziyyətdə fövqəladə tədbirlərə əl atmışam və ilk dəfə istinad etdiyim Konvensiyasının 52-ci maddəsinə uyğun olaraq cənab Məmmədovun azadlığına nail olmaq üçün bu ölkəyə xüsusi missiya göndərmişəm.

Əgər ayrı-ayrı dövlətlər öz öhdəliklərinə məhəl qoymursa və ya qaydalara əməl edib-etməməklə bağlı seçimə cəhd göstərirlərsə, bu, yolverilməzdir,” Yaqland vurğulayıb.

Show comments

XS
SM
MD
LG