Accessibility links

Avropa İttifaqı miqrant axınının qarşısını almağa çalışır


Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Brusseldə görüşərək Avropaya axın edən qaçqınların məsuliyyətini paylaşdırılmasını müzakirə edəcəklər.

Miqrantların çoxu hər hansı Avropa ölkəsinə yerləşdirilməsini istəmir. Onlardan bəziləri bir neçə ölkədən keçərək Almaniyaya yerləşmək istəyirlər. Berlin və Avstriya müvəqqəti olaraq sərhədlərində pasport yoxlanışını bərpa edərək miqrant axınını nəzarətə almağa çalışır.

Beynəlxalq Mühacirət Təşkilatına əsasən 3 minə yaxın miqrant səyahət zamanı həlak olub.

Almaniya və Avstriya Macarıstanda toplaşan qaçqınların sayının azaldılması məqsədilə bu yaxınlarda miqrantların öz ölkələrinə daxil olmasına icazə vermişdi.

Macarıstan rəsmiləri bildirib ki, çərşənbə axşamı günündən etibarən sərhəd polis zabitinin xəbərdarlığına riayət etməyən miqrantları məsuliyyətə cəlb edəcəklər.

Suriya və İraqdan olan 430 mindən çox miqrant yaxşı həyat ümidi ilə Aralıq Dənizini keçərək Avropaya üz tutur.

Beynəlxalq Mühacirət Təşkilatına əsasən 3 minə yaxın miqrant səyahət zamanı həlak olub.

Şərqi Avropa ölkələri miqrantların qitəyə axın etmələrinə görə Almaniyanı günahkar görürlər. Almaniya Avropaya qaçan miqrantlara görə bəzi Avropa İttifaqına üzv ölkələrlə problemlərlə üzləşib.

XS
SM
MD
LG