Accessibility links

Avropa İttifaqı Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını dəstəkləyir


European flag. Oct. 2010
Unity Horizontal Flag Europe Blue Star Shape Wind European Union Flag Politics Color Image European Union Photography Government

European flag. Oct. 2010 Unity Horizontal Flag Europe Blue Star Shape Wind European Union Flag Politics Color Image European Union Photography Government

Avropa İttifaqının layihələri mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqlar və ekoloji maarifləndirmə sahərini əhatə edəcək

Avropa İttifaqının Bakı ofisi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dəstək üzrə 2 milyon manat dəyərində iki layihə barədə məlumat yayıb.
Vətəndaş cəmiyyətinin milli qanunvericiliyin təkmilləşdirilməsi, demokratiya və insan hüquqlarının tətbiqi üzrə səylərinin dəstəklənməsi layihəsinə 1,2 milyon manat yönəldilib. Bu layihə həm də mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqlar və ekoloji maarifləndirmə sahəsində fəaliyyət göstərən hüquq müdafiəçilərinin dəstəklənməsini əhatə edəcək.
700.000 manat həcmindəki ikinci layihə isə davamlı inkişafın təbliğinə yönəlib. Bu layihə əsasən kəndlərdə yoxsulluğa düçar olmuş zəif qrupların dəstəklənməsini əhatə edəcək.

Layihələr qeydiyyatda olan Azərbaycan və Avropa vətəndaş cəmiyyəti təşkilatları üçün açıqdır. Layihələrin təqdimatı 2010-cu ilin noyabrında Bakı, Lənkəran, Quba və Gəncədə olacaq.

Avropa İttifaqı 2006-cı ildən Azərbaycana yuxarıda sadalanan məqsədlər 4.7 mln. avro ayırıb.

XS
SM
MD
LG