Accessibility links

Avropa İttifaqı Cənubi Koreya ilə azad ticarətə dair müqaviləni imzalamaq haqda razılığa gəlib

  • Amerikanın səsi

Avropa İttifaqı Cənubi Koreya ilə azad ticarətə dair müqaviləni imzalamaq haqda razılığa gəlib

Avropa İttifaqı Cənubi Koreya ilə azad ticarətə dair müqaviləni imzalamaq haqda razılığa gəlib

27 üzv ölkənin nümayəndələri Pakistana əlavə maliyyə yardımı etmək üçün ticarət qaydalarını yüngülləşdirməyi nəzərdən keçiriblər

Avropa İttifaqı bu gün bildirir ki, İtaliyanın müqaviləyə dair etirazları aradan qaldırılandan sonra qurum Cənubi Koreya ilə azad ticarətə dair müqaviləni imzalamaq haqda razılığa gəlib. Bu, Avropa İttifaqının liderlərinin blokun beynəlxalq səviyyədə mövqeyini gücləndirmək və yeni maliyyə böhranının qarşısını almaq yollarını müzakirə etmək üçün Brusseldə görüş keçirdiyi zamanı elan edilib. 27 üzv ölkənin nümayəndələri daşqına məruz qalmış Pakistana əlavə maliyyə yardımı etmək üçün ticarət qaydalarını yüngülləşdirməyi nəzərdən keçiriblər. Avropa Şurasının prezidenti Herman Van Rumpi deyib ki, blok qlobal səviyyədə lazımi nüfuza malik deyil. Dünya iqtisadiyyatının 22 faizi Avropa İttifaqı ölkələrinin üzərinə düşür. BMT bu həftənin əvvəli Rumpinin Avropa İttifaqı adından BMT-nin Baş Assambleyasında çıxış etmək haqda müraciətini qəbul etməyib.

XS
SM
MD
LG