Accessibility links

Avropa İttifaqı dünya ölkələrini edam cəzasının ləğvinə çağırır


Avropa İttifaqı dünya ölkələrini edam cəzasının ləğvinə çağırır

Avropa İttifaqı dünya ölkələrini edam cəzasının ləğvinə çağırır

Edam cəzası qüvvədə olan ölkələrdə beynəlxalq norma və standartlar sahəsində ciddi problemlər yaşanmaqdadır

10 oktyabr edam cəzasına qarşı beynəlxalq və Avropa mübarizə günüdür.

Avropa İttifaqı bildirir ki, bir çox ölkələrdə Ölüm Hökmünün ləğvi və məhdudlaşdırılması istiqamətində tendensiyanın artmasına baxmayaraq, dünyada edam cəzasının tətbiqinin sayı və üslubu həyəcan doğurmağa davam edir. “139 ölkədə, yəni dünya ölkələrinin üçdə ikisində ölüm hökmü qanunda və ya təcrübədə ləğv olunsa belə, yenə də ötən il ən azı 5679 edam cəzası icra olunub. Edam cəzası qüvvədə olan ölkələrdə beynəlxalq norma və standartlar sahəsində ciddi problemlər yaşanmaqdadır. Bu da edam cəzasının ləğv edilməsi təşəbbüslərinin artmasını daha da zəruriləşdirir”, - deyə Avropa İttifaqının məlumatında qeyd edilir.

BMT Baş Assambleyasının 65-ci sessiyasında qəbul edilməsi gözlənilən edam cəzası qətnaməsi edam cəzasının beynəlxalq səviyyədə ləğv edilməsinə doğru beynəlxalq tendensiya istiqamətində daha böyük tərəqqinin əldə edilməsinə ümid yaradır. “Edam cəzasının ləğvi bu günədək bütün dünyada 30-dan artıq layihəni dəstləkləmiş və ləğv etmə layihələrinin əsas maliyyələşdirmə mənbəyi olan Demokratiya və İnsan Hüquqları üzrə Avropa Alətinin (EIDHR) tematik prioritetlərindən biridir”, - Avropa İttifaqı qeyd edir.



XS
SM
MD
LG