Accessibility links

Avropa İttifaqının maliyyə nazirləri Lüksemburqda görüşüblər


Avropa İttifaqının maliyyə nazirləri Lüksemburqda görüşüblər

Avropa İttifaqının maliyyə nazirləri Lüksemburqda görüşüblər

Avropa Komissiyası Avropa İttifaqına daxil olan ölkələrin avtomatik olaraq cəzalandırılmasını istəyir

Avropa İttifaqı maliyyə nazirləri gələcəkdə maliyyə böhranın qarşısını almaq üçün bu gün qurumun büdcə qanunlarında islahatlar məsələsini müzakirə ediblər. Rəsmilər Lüksemburqda görüşüblər. Avropa İttifaqının maliyyə məsələləri şöbəsinin rəhbəri Olli Rehn deyib ki, bu, Avropa İttifaqında iqtisadi idarəetməni möhkəmləndirmək üçün vacib bir dövrdür. Avropa Komissiyası Avropa İttifaqının büdcə defisiti və kredit üçün həddi keçdiyinə görə ölkələrin avtomatik olaraq cəzalandırılmasını istəyir. Almaniya, Hollandiya və Finlandiya belə cərimələri dəstəkləyib. Bu məbləğ ölkənin ümumi daxili məhsulunun 0,2 faizini təşkil edə bilər. Avropa İttifaqının maliyyə nazirlərinin əksəriyyəti qərar əleyhinə səs verərsə cəza ləğv edilə bilər. Fransa və İtaliya da daxil olmaqla, bir neçə ölkə planın əleyhinə çıxıb.

XS
SM
MD
LG