Accessibility links

Avropa İttifaqına namizədlik statusu Serbiya xalqı üçün ciddi sınaq deməkdir


Mart ayının 2-də Avropa Şurası Serbiyaya Avropa İttifaqına namizədlik statusu bəxş edildiyini bildirib. Serbiya üçün irəliyə doğru mühüm bir addım hesab edilən namizədlik Serbiya xalqı və prezident Boris Tadiç üçün ciddi sınaq və gərgin iş deməkdir.

Namizədlik statusi əldə etmək və Avropaya inteqrasiya yolunda inkişaf naminə Serbiya iqtisadi rekonstruksiya və Kosovo ilə dialoq kimi bir sıra islahatlar həyata keçirib. Bu yaxınlarda Serbiya və Kosovo sərhəd kecidi və Kosovonun regional forumlarda təmsil edilməsi barədə razılıq əldə edib.

Son illər ərzində Serbiya keçmiş Yuqoslaviyada iki müharibə cinayətkarı kimi axtarışda olan və BMT-nin bəşəriyyətə qarşı cinayətkarlıqda ittiham etdiyi Ratko Mlafdiç və Goran Hadziçi ələ keçirərək, Beynəlxalq Haaqa trubunalına təhvil verib.

Namizədlik statusu Serbiya üçün Avropa İttifaqına uzun üzvlük yolunda atılan ilk addımdır. Onu qəbuluna dair müzakirələrin tarixi hələ bəlli deyil. Qəbul prosesi boyunca Serbiya üzvlük üçün ittifaqın bütün siyasi və iqtisadi kriteriyalarını qarşılamaq yolunda irəliləməlidir. Bu kriteriyalara cavab vermək üçün Serbiya ədliyyə sahəsində islahatlar həyata keçirməli, korrupsiya ilə mübarizə aparmalıvə Avropa İttifaqının qanunlarına uyğun şəkildə qanunlar qəbul etməlidir . Buraya ətraf mühitin mühafizəsi və insan hüquqların müdafisəi də daxildir.

Avropa İttifaqı Serbiya ilə Kosovo ilə dialoqu davam etdirməsi, sərhəd telekommunikasiyası və əldə edilən razılıqların həyata tətbiqi sahəsində iş aparacaq.

Serbiyanın inkişafı ittifaqa üzvlük, habelə Kosovo və bütün region üçün olduqca mühümdür.

ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Serbiyanın Avropa İttifaqına namizəd göstərilməsi Serbiyanın gələcəyi yolunda atılan mühüm bir addımdır. “Biz Serbiya xalqı və rəhbərliyini bu məqsədə nail olmaq yolunda atdıqları addımlar, öhdəliklər və gərgin iş apardığına görə təbrik edirik”-deyə Hillari Kilinton bildirib.

XS
SM
MD
LG