Accessibility links

Avropa İttifaqının maliyyə nazirlərinin Polşa görüşü cüzi nailiyyətlə başa çatıb

  • Amerikanın səsi

Avropa İttifaqının maliyyə nazirlərinin Polşa görüşü cüzi nailiyyətlə başa çatıb

Avropa İttifaqının maliyyə nazirlərinin Polşa görüşü cüzi nailiyyətlə başa çatıb

Avropa İttifaqının maliyyə nazirlərinin ikigünlük Polşa görüşü cüzi nailiyyətlə başa çatıb. Avropanın borc böhranının həlli məqsədi ilə keçirilən yığıncaqda maliyyə əməliyyatlarına vergilər tətbiq edilməsinə dair razılıq əldə edilməyib. Nazirlərin vaxtından əvvəl bitən toplantısı minlərlə insanın iştirakı ilə etiraz aksiyası ilə müşayiət edilib. Avropa İttifaqına üzv ölkılərin əksəriyyəti zabitəlilik ölçülərinin əleyhinədir. Avronu bölüşən 17 ölkə maliyyə böhranın təsiri altındadır. Rəsmilər Yunanıstana 11 ilyard dollarlıq təcili kredit vetilməsini də təxirə salıb. Polşa görüşündə ABŞ-ın maliyə naziri Timoti Qaytner də iştirak edib. Ekspertlərin fikrincə, Qaytnerin müzakirələrdə iştirakı Amerikanın qlobal böhranla bağlı narahatlıqlarına işarədir.

XS
SM
MD
LG