Accessibility links

Avropa İttifaqı və Türkiyə miqrant böhranı ilə bağlı zirvə görüşü keçirir


Türkiyə və Avropa İttfifaqı rəsmiləri öz ölkələrində müharibələr və qeyri-sabit vəziyyətə görə Avropaya üz tutan böyük miqrant axını ilə əlaqədar yaranmış böhranı müzakirə etmək üçün Brüsseldə görüşü keçirir.

Avropa İtifaqının Suriyada vətəndaş müharibəsindən qaçan 2,2 milyon suriyalı qaçqına sığınacaq verən Türkiyəyə yardım məqsədilə 3,2 milyard dollar ayıracağı gözlənilir.

Müzakirələrin diqqət mərkəzində həmçinin həm Avropa İttifaqı, həm də Türkiyəyə miqrantların gəlişinin məhdudlaşdırılması və fiəyə ehtiyacı olmayan şəxslərin geri göndərilməsi kimi tədbirlərin görülməsi olacaq. Bu il Avropaya gələn miqrantların böyük hissəsi Türkiyə vasitəsilə Yunanısan və Bolqarıstana keçib.

Almaniya kansleri Angela Merkel Avropa İttifaqı və Türkiyə arasında sammitdən əvvəl Brüsseldə müxbirlərlə danışır

Almaniya kansleri Angela Merkel Avropa İttifaqı və Türkiyə arasında sammitdən əvvəl Brüsseldə müxbirlərlə danışır

Brüsseldə görüşdən əvvəl danışan Almaniya kansleri Angela Merkel deyib ki, Avropa İttifaqı və Türkiyənin birgə fəaliyyət planında qeyri-qanuni miqrasiyanın qanuni miqrasiya ilə əvəz edilməsi və Türkiyədə olan qaçqınların vəziyyətinin yaxşılaşdırılması üçün görüləsi işlər əsas yer tutur.

Tərəflərin eləcə də Türkiyənin uzun müddətdir 28 ölkədən ibarət bloka qoşulmaq üçün təqdim etdiyi müraciətini nəzərdən keçirmək məqsədilə danışıqların yeni raundu üçün vaxtı müəyyən edəcəyi gözlənilir.

Türkiyənin quruma 1997-ci ildən qoşula bildiyi elan edilsə də, rəsmi olaraq Ankara bu prosesə 2005-ci il başlayıb. Lakin danışıqlar ləng templə gedir və bir sıra məsələlər hələ də həll olmamaş qalır.

XS
SM
MD
LG