Accessibility links

Türkiyə miqrant böhranının həlli üçün Avropa İttifaqından əlavə 3,3 miliyard dollar istəyir


Avropa Parlamentinin prezidenti bildirib ki, Ankara Avropa İttifaqından miqrant böhranının həlli üçün Türkiyəyə ediləcək yardımın iki dəfə artırılmasını istəyir.

Avropa İttifaqının nümayəndələri Türkiyə rəsmiləri ilə miqrant böhranını Brüsseldə zirvə görüşündə müzakirə ediblər. Minlərlə qaçqın Yunanıstan-Makedoniya sərhəddini keçmək üçün gözləyir. Avropa Parlamentinin prezidenti Martin Şulz deyib ki, Türkiyə qaçqınların Avropaya keçməsinin qarşısını almaq üçün əlavə olaraq 3,3 miliyard dollar istəyib.

Keçən il noyabr ayında Avropa İttifaqı Ankaraya miqrant böhranının həlli məqsədilə 3,3 miliyard dollar yardım etməyə razı olmuşdu.

Suriya qaçqınları xilasetmə gödəkçələri geyib Egey dənizi vasitəsilə Yunanıstanın Lesbos adasına keçməyə hazırlaşır
Suriya qaçqınları xilasetmə gödəkçələri geyib Egey dənizi vasitəsilə Yunanıstanın Lesbos adasına keçməyə hazırlaşır

Reuters xəbər agentliyinin məlumatına əsasən, Aİ və Türkiyə arasında miqrant böhranı barədə razılaşmada deyilir ki, Türkiyə Yunanıstana qeyri-qanuni yolla keçən miqrantları müvəqqəti olaraq geri götürməyə razıdır. Bunun əvəzində Aİ Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiq edilməsini aradan qaldıracaq və ölkənin İttifaqa üzvlük məsələsini sürətləndirəcək.

Türkiyə Suriyadan gələn 2,7 milyondan çox qaçqınq sığınacaq verib. Avropanın başqa ölkəri və Suriyanın digər qonşuları kimi Türkiyə də qaçqınların xidmətlərlə təmin edilməsində çətinliklərlə qarşılaşır.

NATO bzar günü Yunanıstan və Türkiyəyə böhranın daha da dərinləşməsinə gətirib çıxarın insan alveri halları və cinayətkar qruplarla mübarizə məqsədilə Egey dənizində gəmilər yerləşdirildiyini elan edib.

XS
SM
MD
LG