Accessibility links

Avropa Şurası Azərbaycanda irqçiliyə qarşı mübarizə üzrə məruzə yayıb


Avropa Şurası Azərbaycanda irqçiliyə qarşı mübarizə üzrə məruzə yayıb

Avropa Şurası Azərbaycanda irqçiliyə qarşı mübarizə üzrə məruzə yayıb

Avropa Şurasının irqçiliyə qarşı mübarizə komissiyasının sədri Nils Muiznikes bildirib ki, problemlər ilk növbədə dini qrupların qeydiyyata alınmamasına və beynəlxalq müdafiə axtaran şəxslərin vəziyyətinə aiddir.

Avropa Şurasının irqçiliyə qarşı mübarizə komissiyası Azərbaycan üzrə məruzə dərc edib. Bu barədə Turan agentliyi Avropa Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Komissiyanın sədri Nils Muiznikes bildirib ki, müəyyən irəliləyişlər olmasına baxmayaraq, bəzi sahələr əvvəlki kimi narahatlıq doğurur. İlk növbədə bu, dini qrupların qeydiyyata alınmamasına və beynəlxalq müdafiə axtaran şəxslərin vəziyyətinə aiddir.
Bu yaxınlarda yaradılmış Dövlət Miqrasiya Xidməti miqrantlarla bağlı prosedurları sistemləşdirməklə məşğul olmalıdır. Hakimiyyət həmçinin miqrasiya qanunvericiliyi üzərində işləyir. Qaçqınların sosial hüquqlar əldə etməsi və evsiz insanların problemlərinin həllinin yaxşılaşdırılması üzrə tədbirlər görülüb.
Köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli üçün əhəmiyyətli tədbirlər görülüb.
Eyni zamanda, qeydiyyatından imtina olunan dini qruplarla bağlı bəzi məhdudlaşdırıcı müddəalar və təcrübə qüvvədə qalır, onlar məhkəmələrə müraciət etmək məcburiyyətindədirlər.
Hüquq-mühafizə orqanlarının azlıqlara qarşı zorakılığı haqqında məlumatlar daxil olur və bu kimi şikayətlərə baxılması mexanizmi yoxdur.
Şəxsin qaçqın kimi tanınması proseduru çox ləng gedir və heç bir köməkçi qanunverici müdafiə sistemi mövcud deyil. Bununla əlaqədar olaraq, çox sayda insan kifayət qədər ağır vəziyyətdə müdafiəsiz qalır.
İşçi miqrantlar qanunsuz istismara və pis rəftara məruz qalır. Bununla əlaqədar olaraq bu kateqoriya insanların mövcud problemlərinin aradan qaldırılması üçün növbəti tədbirlər görülməlidir.
Ayrıseçkiliyə qarşı yönəlmiş qanunvericilik çox zəifdir və faktiki olaraq tətbiq olunmur. Bundan başqa, Cinayət Məcəlləsinin milli təhlükəsizlik, milli düşmənçilik və etnik dözülməzliyin yolverilməzliyi haqqında müddəaları suallar və narahatlıq doğurur.
Bununla əlaqədar Komissiya Azərbaycan hakimiyyətinə bir sıra tövsiyələr verib və iki il sonra onlara qayıdacaq:
- dini icmaların qeydiyyatını tezliklə başa çatdırmaq və bu icmaların hüquqi vəziyyətini dəqiqləşdirmək;
- Miqrasiya Məcəlləsinin qəbul edilməsi prosesini yekunlaşdırmaq;
- ölkənin hüquqi sistemi səviyyəsində ayrı-seçkiliyə qarşı mübarizə məqsədilə Komissiyanın mandatına uyğun informasiya toplanması sistemi yaratmaq.
İrqçiliyə qarşı mübarizə komissiyası Avropa Şurasının qurumudur və irqçilik, ayrı-seçkilik, ksenofobiya, antisemitizm, dözümsüzlük faktlarını araşdıran və məruzələr və tövsiyələr hazırlayan müstəqil ekspertlərdən ibarətdir.

XS
SM
MD
LG