Accessibility links

Avropa Şurasının baş katibi müxalifətçilərin həbsini pisləyir


Avropa Şurasının baş katibi müxalifətçilərin həbsini pisləyir
Avropa Şurasının baş katibi müxalifətçilərin həbsini pisləyir

Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslı və Fuad Qəhrəmanlının məhkəmə qərarı ilə azadlıqdan məhrum olunması baş katibi dərindən narahat edir.

Avropa Şurasının baş katibi TorbyornYanqland bu gün Azərbaycan məhkəməsinin İctimai Palatanın 2 aprel mitinqinin iştirakçılarının həbsini pisləyən bəyanatla çıxış edib.

Bəyanatda deyilir:

“Ifadə azadlığı olmadan demokratiya ola bilməz. Buna görə Arif Hacılının, Məhəmməd Məcidlinin, Tural Abbaslının və Fuad Qəhrəmanlının aprelin 2-də Bakıda ictimai asayişin pozulmasında və hökumət əleyhinə mitinq təşkil etməkdə ittiham edilərək oktyabrın 3-də məhkəmə qərarı ilə azadlıqdan məhrum olunmaları məni dərindən narahat edir.

Bu hökmlərin Avropa Şurasının üzvü kimi Azərbaycan hakimiyyətinin hörmət etməyə borclu olduğu öz əsas hüquqlarından istifadəyə səy edən digər şəxslər barəsində çıxarıla bilməsi narahatlığının artması fonunda çıxarılıb.

Belə narahatlıq törədən meyllər vəkillərin fəaliyyət şəraitinin kəskin şəkildə pisləşməsi fonunda baş verir.

Mən hakimiyyəti vəkilləri, ilk növbədə isə müxalifətçilərin hüquqlarını müdafiə edən vəkilləri normal şəraitlə təmin etməyə çağırıram.

Avropa Şurası ölkə qanunlarının insan haqları və əsas azadlıqlarının, ilk növbədə isə ifadə və sərbəst toplaşma azadlığının müdafiəsi üzrə qanunların inzibati və hüquqi təcrübəsini hər bir vətəndaşın ondan istifadə edə bilməsi səviyyəsində təmin edə bilməsi üçün Azərbaycan hakimiyyəti ilə sıx işləməyə hazır olduğunu bildirir”-deyə bəyanatda qeyd edilir.

XS
SM
MD
LG