Accessibility links

Avropa Şurasının komissarı hüquq müdafiəçisinin ofisinin sökülməsinə münasibət bildirib


Avropa Şurasının komissarı hüquq müdafiəçisinin ofisinin sökülməsinə münasibət bildirib

Avropa Şurasının komissarı hüquq müdafiəçisinin ofisinin sökülməsinə münasibət bildirib

Komissar hesab edir ki, aksiya təsadüfi deyil və şəxsən Azərbaycanda vətəndaşların mənzillərinin qanunsuz və zorakılıqla əllərindən alınması haqqında çox yazan və danışan Leyla Yunusa qarşı yönəlib.

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq bəyanatla çıxış edərək, hüquq müdafiəçilərini qorumağa çağırıb.
O, Avropada narahatlıq doğuran faktlar sırasında avqustun əvvəllərində Belarusda Ales Bialiatskinin həbsini, Bakıda Sülh və Demokratiya İnstitutunun və bir sıra digər hüquq-müdafiə qurumlarının ofislərinin sökülməsini qeyd edir.
Söküntü əvvəlcədən xəbərdarlıq edilmədən aparılıb və binanın içərisində hüquq müdafiəçilərinin avadanlıqları, sənədləri və şəxsi əşyaları məhv olub. Aksiyanın təsadüfi olmadığı və şəxsən Azərbaycanda vətəndaşların mənzillərinin qanunsuz və zorakılıqla əllərindən alınması haqqında çox yazan və danışan Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusa qarşı yönəlmiş olduğuna dair qənaət var. “Hakimiyyət çox vaxt hüquq müdafiəçiləri barəsində beynəlxalq öhdəliklərini pozur və onların işində çoxsaylı çətinliklər yaradır”.
Cənab Hammerberq xatırladır ki, Avropa Şurasına üzv ölkələr bu sahədə standartlara riayət etməli və hüquq müdafiəçilərinin hüquqlarının pozulmasına görə məsuliyyət daşımalıdır.

XS
SM
MD
LG