Accessibility links

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini jurnalisti həbsdən azad etməyə çağırıb


Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini jurnalisti həbsdən azad etməyə çağırıb

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini jurnalisti həbsdən azad etməyə çağırıb

Nazirlər Komitəsi qeyd edib ki, Azərbaycan Ali Məhkəməsi cənab Fətullayev barəsində 2007-ci il tarixli hökmləri ləğv etsə də, 2006-cı il tarixli diffamasiya haqqında iş üzrə şərti hökmü qüvvədə saxlayıb

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini bir daha Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etməyə və jurnalist Eynulla Fətullayevi həbsdən dərhal azad etməyə çağırıb.

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının Turan Agentliyinə bildirib ki, Avropa Şurası Nazirlər Komitəsinin 10 mart tarixli iclasında bu barədə qəbul olunub.

Nazirlər Komitəsi qeyd edib ki, Azərbaycan Ali Məhkəməsi cənab Fətullayev barəsində 2007-ci il tarixli hökmləri ləğv etsə də, 2006-cı il tarixli diffamasiya haqqında iş üzrə şərti hökmü qüvvədə saxlayıb.

Jurnalist artıq 4 ilə yaxın həbs cəzası çəkib və vergi ödənişindən yayınma ittihamı üzrə bu cəzanın yalnız 3 ayı əsaslı hesab olunur. Buna görə, hətta yeni 2,5 il azadlıqdan məhrumetmə cəzası da Fətullayevin həbsdə keçirdiyi vaxtla ödənir.

Nazirlər Komitəsi həmçinin bildirib ki, qurumun Fətullayevin azad edilməsi barədə 2010-cu il dekabr tarixli ötən çağırışı nəticəsiz qalıb. Xüsusən, onu həbsdə saxlamamaq üçün alternativ cəza tədbirlərindən istifadə etmək tövsiyə olunurdu.

Avropa Şurası Nazirlər Komitəsi jurnalistə ödəniləcək pul kompensasiyasının bağlanmış bank hesabına köçürülməsinə təəssüf edib. Komitə Avropa İnsan Hüquqları Konvensiyasının 41-ci maddəsinə əsasən xatırladır ki, kompensasiyaya həbs qoyula bilməz. Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları məhkəməsinin qərarının tam icrası üçün bütün maneələri dərhal aradan qaldırmağa çağırıb.

Cənab Fətullayev həbsdən azad edilməzsə, Komitə noyabrda keçiriləcək növbəti iclasında bu məsələyə qayıtmaq niyyətindədir.

Rəşid Hacılı bu gün 1 saylı cəzaçəkmə müəssisəsində cənab Fətullayevə baş çəkib. Bu cəzaçəkmə müəssisəsində jurnalistin təcrid olunaraq özünü təhlükəsiz hiss edə biləcəyi yeganə yer karserdir. «Lakin orada saxlama şəraiti ağırdır. Bu, faktiki olaraq orta əsrlərdən qalma, qızdırılmayan zirzəmidir. Burada Fətullayev həyatı üçün təhlükə yaradacaq ciddi xəstəliklər tapa bilər»,- deyə o Turana bildirib.

Xatırladaq ki, 11 noyabr 2010-cu ildə Azərbaycan Ali Məhkəməsi Strasburq Məhkəməsinin qərarının icrası məqsədilə Fətullayev barəsində 2007-ci ildə çıxarılmış ümumilikdə 8,5 il azadlıqdan məhrumetmə hökmlərini ləğv edib. Lakin, jurnalisti 2009-cu ilin sonunda ona qarşı irəli sürülmüş yeni qanunsuz narkotik saxlama ittihamı ilə həbsdə saxlanıb. Bu ittiham üzrə o, 2,5 il həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG