Accessibility links

Avropa Şurasının Nazirlər Komitəsi Eynulla Fətullayevin işinə baxacaq


Avropa Şurasının Nazirlər Komitəsi Eynulla Fətullayevin işinə baxacaq

Avropa Şurasının Nazirlər Komitəsi Eynulla Fətullayevin işinə baxacaq

Avropa Şurasının Nazirlər Komitəsi Eynulla Fətullayevin barəsindəki qərarın icrası və narkotik ittihamı ilə bağlı məsələyə münasibət bildirəcək

Avropa Şurasının Nazirlər Komitəsi noyabrın 30-da Azərbaycanlı jurnalist Eynulla Fətullayevin işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasını müzakirə edəcək.

Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, Nazirlər Komitəsi Eynulla Fətullayevin barəsindəki qərarın icrası və narkotik ittihamı ilə bağlı məsələyə münasibət bildirəcək.
Noyabrın 11-də Azərbaycan Ali Məhkəmənin Plenumu Strasburq Məhkəməsinin 2007-ci ildə iki iş üzrə - böhtan və terrorla hədələmə və milli ayrı-seçkilik salma ittihamları üzrə cənab Fətullayev barəsində hökm çıxarılması zamanı onun hüquqlarının pozulması haqqında qərarını təsdiq edib.
Azərbaycan Ali Məhkəməsi ikinci işdə vergi ödənişindən yayınma hissəsi istisna olmaqla, bu cinayət işlərinə xitam verilməsi haqqında qərar qəbul edib. Bundan başqa, plenum bu ittiham üzrə onun cəzasını 1 ay da artıraraq, 2 il üç ay edib. Lakin bu cəza Fətullayevin artıq çəkdiyi həbs cəzasından çıxılıb.
Bununla yanaşı, jurnalist 2009-cu ildə ona qarşı qanunsuz narkotik saxlamaq ittihamı ilə açılmış yeni cinayət işi ilə əlaqədar olaraq həbsdə qalmaqdadır. 2010-cu il iyulun 6-da Qarabağ rayon məhkəməsi jurnalisti narkotik saxlamaq ittihamı ilə iki il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Hazırda onun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

XS
SM
MD
LG