Accessibility links

İçəri şəhərdə ənənəvi “Avropa şəhərciyi” [Fotoqalereya]


İçərişəhərdə ənənəvi “Avropa şəhərciyi”

İçərişəhərdə ənənəvi “Avropa şəhərciyi”

Festivalda 18 ölkə təmsil olunur

Mayın 31-də İçəri şəhərdə ənənəvi “Avropa şəhərciyi” – Aİ ölkələrinin Azərbaycanda təqdimat-sərgisi keçirilir.

“Qoşa qala qapısı” istiqamətdən meydançada 18 ölkəni və onların Azərbaycanda fəaliyyətini əks etdirən stendlər qoyulub.

Festival çərçivəsində saat 11:00-dan 22:00-dək mükafatlı viktorinalar, musiqi və teatr ifaları olacaq.

Saat 19:00-dan 22:00-dək Avropa ifaçılarının, o cümlədən “Eurovision” musiqi müsabiqəsinin finalçısı, hollandiyalı Joan Franka, xorvatiyalı violoncel ifaçısı Ana Rucner və Estoniyanın "Traffic" qrupunun konserti olacaq.

“Avropa şəhərciy”i bizim hər il Azərbaycan ictimaiyyətinə nümayiş etdirdiyimiz böyük təcrübədir. Bu, Avropa İttifaqının Azərbaycandakı fəaliyyətini nümayiş etdirir, qonaqları Avropanın təklif etdiyi məsələlərdə iştirak etməyə və onun dadını çıxarmağa dəvət edir.

Ümidvarıq ki, bununla Avropa İttifaqı və ona üzv dövlətlərin barəsində Azərbaycanda məlumatlanma artacaq və ölkə zəngin mədəniyyətimizi daha yaxından anlayacaq.

Hər kəsi “Avropa şəhərciyi”ndə Avropanı görməyə, öyrənməyə, onunla rəqs etməyə və onu hiss etməyə dəvət edirəm" - deyə Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard bildirib.
XS
SM
MD
LG