Accessibility links

Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini azadlıqların boğulmasını dayandırmağa çağırıb


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini azadlıqların boğulmasını dayandırmağa çağırıb

Avropa Parlamentinin iki üzvü – Siyasi Komitənin üzvləri Ulrike Lunaçek və Verner Şults Azərbaycan prezidentinə, parlamentin spikerinə və xarici işlər nazirinə məktub göndərərək ölkədə azadlıqların boğulmasını dayandırmağa çağırıblar.
Biz böyük narahatlıqla müxalifətçilərin həbsi, QHT-lərin və siyasi partiyaların fəaliyyətinə qanunverici məhdudiyyətlər, hətta Azərbaycanda treninqlərin keçirilməsinə qadağalarla bağlı son siyasi hadisələri böyük narahatlıqla izləyirik”, - məktubda deyilir.

Deputatlar Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun və “Real” hərəkatının lideri İlqar Məmmədovun adlarını çəkərək onların həbsini siyasi motivli adlandırırlar.
Onlar həmçinin fevralın 12-13-də Xaçmazda xarici trenerlərin iştirakı ilə keçirilən treninq iştirakçılarının saxlanması faktından hiddətləndiklərini bildiriblər. Bu tədbir Avropa demokratik seçkilər platformasının beynəlxalq layihəsi çərçivəsində həyata keçirilib.

Bu hallardan başqa dinc aksiya iştirakçılarının həbsləri, toplantılara qadağaların qoyulması və vətəndaş cəmiyyəti fəallarının təqib edilməsi barədə çoxsaylı məlumatlar daxil olur.

2002-ci il aprelin 15-də Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına daxil olub. Bu sənəd toplaşma və ifadə azadlığına təminat verir.

“Biz Azərbaycan hökumətini və parlamentini ifadə və toplaşma azadlığı sahəsində mütərəqqi islahatlar aparmaq üçün siyasi iradə göstərməyə çağırırıq ki, bu da qarşıdakı seçkiləri nəzərə almaqla çox vacibdir.

Biz sizi İlqar Məmmədovu və Tofiq Yaqublunu, həmçinin həbsdə olan digər jurnalistləri və siyasi məhbusları dərhal azad etməyə, siyasi opponentlərə təqiblərə son qoymağa çağırırıq.

Biz belə başa düşürük ki, Azərbaycanın gələcəyi Avropa İttifaqı ilə inteqrasiyada və yaxın əməkdaşlıqdadır. Ümumi gələcək üçün baza ümumi dəyərlər, demokratiya, qanunun aliliyi, söz və KİV azadlığıdır – bu, Şərq Tərəfdaşlığı proqramının əsas dəyərləridir və kağız üzərində yazılan sözlər olmamalı, həyata keçirilməlidir”, - məktubda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG