Accessibility links

Ə.Kərimli: Azərbaycan hakimiyyəti Aİ-yə öz qaydalarını qəbul etdirmək istəyir


Seçkilərin Monitorinqqi və Demokratiyanın Tədrici Mərkəzi-logo

Seçkilərin Monitorinqqi və Demokratiyanın Tədrici Mərkəzi-logo

“Azərbaycanın Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramında iştirakı çərçivəsində ölkədə siyasi azadlıqların vəziyyəti” adlı forum keçirilib

Azərbaycanın Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramında iştirak etdiyi üç il ərzində ölkədə siyasi azadlıqlar sahəsində vəziyyət nəinki yaxşıya doğru dəyişməyib, əksinə, daha da pisləşib. Bu barədə AXCP sədli Əli Kərimli “Azərbaycanın Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramında iştirakı çərçivəsində ölkədə siyasi azadlıqların vəziyyəti” adlı forumda çıxış edərkən bildirib.

Tədbir Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzi tərəfindən keçirilib.

“Fundamental insan hüquq və azadlıqları tapdanır – toplaşmaq, birləşmək, ifadə və mətbuat azadlıqları pozulur. 2010-cu ildə ölkə tarixində ən pis parlament seçkiləri keçirilib. “Siyasi məhbus konveyeri” işləməkdə davam edir, bəzilərini buraxırlar, onların yerinə başqalarını həbs edirlər. Məhkəmələr hakimiyyətdən asılıdır, korrupsiyaya qarşı mübarizə imitasiya xarakteri daşıyır. Ümumiyyətlə, plüralist çoxpartiyalı sistemin fəaliyyəti üçün heç bir şərait yoxdur”, deyə Kərimli bildirib.

“Azərbaycan hakimiyyəti sözdə Avropa inteqrasiyasının tərəfdarıdır və Avropanın energetika sahəsində maraqlarını təmin edir. Lakin o, demokratik metodlarla idarə etmək istəmir. Azərbaycan hakimiyyəti “kürü diplomatiyası” sayəsində bütün Avropa qurumlarında öz lobbisini yaratmağa müvəffəq olub”, deyə AXCP lideri sözünə davam edib.

“Bu lobbiçilər Bakıya tez-tez gələn qonaqlardır. Onları qonaqpərvərliklə qəbul edirlər, sonradan onlar hakimiyyətin istədiyi tərifli müsahibələr və seçkilərə müsbət qiymətlər verirlər. Aİ 2013-cü ildə həqiqətən demokratik prezident seçkiləri istəyirsə, qəti addımlar atmalıdır. Azad və ədalətli seçkilərə uyğun mühit formalaşdırmaq üçün az vaxt qalıb”, deyə Kərimli bildirib.

O, həmçinin qeyd edib ki, deputat mandatı uğrunda hərracı əks etdirən qalmaqallı videoyazıya toxunub.

“Hazırki seçki komissiyalarının gələcək seçkiləri keçirməyə mənəvi haqqı yoxdur”, Kərimli belə hesab edir.

“Açıq Cəmiyyət” partiyasının sədri Sülhəddin Əkbər “Şərq tərəfdaşlığı” ölkələri arasında yalnız Azərbaycan və Belarus rəhbərlərinin Aİ və NATO-ya daxil olmaq istəyini bildirmədiyinə diqqət çəkib. Onun fikrincə, Azərbaycanda avroatlantik qurumlara inteqrasiyanın tərəfdarları çoxdur, amma bunu həyata keçirmək üçün ədalətli seçkilər keçirilməlidir.

O, avrointeqrasiya tərəfdarlarını milli vətəndaş platformasında birləşməyə, habelə Aİ-ni əvvəlki qrant layihələrinin səmərəliliyini nəzərə alaraq, maliyyə yardımı göstərməyə çağırıb.

Öz növbəsində, Aİ-nin Azərbaycan nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri Toralf Pilts “Şərq Tərəfdaşlığı” proqramının qiymətləndirilməsi üçün 3 ilin çox kiçik zaman kəsiyi olduğunu qeyd edib.

“Aİ bölgədə beynəlxalq oyunçulardan yalnız biridir və onun imkanları məhduddur. Hökumətlə danışıqlar istədiyimiz kimi getmirsə, bu, bizdən asılı deyil, amma bu, vətəndaş cəmiyyətini məyus etməməlidir”, deyə Pilts bildirib.

“Şərq Tərəfdaşlığı”nın iki ölçüsü var: hökumətlərlə və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq.

“Vətəndaş cəmiyyətinə dəstək bizim öhdəliyimizdir və biz bu təcrübəni davam etdirəcəyik”, deyə Pilts qeyd edib.
Aİ-nin yardımının səmərəliliyinə gəlincə, Brüssel “Çoxa daha çox” prinsipinə riayət edir. Bu, o deməkdir ki, lazımi nəticələrin olmadığı yerdə yardım azalacaq.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edib ki, Azərbaycan enerji resursları və coğrafi mövqeyi sayəsində Qərbin diqqət mərkəzində olmaqda davam edəcək. Lakin Qərb şəxslərə deyil, dəyərlərə üstünlük verəcək. Oruclu buna misal kimi Gürcüstanda keçirilən parlament seçkilərini göstərib, burada qərbyönlü Mixail Saakaşvilinin məğlub olmasına baxmayaraq, Qərb prosesin özünün demokratikliyini və hakimiyyətin dinc yolla dəyişməsini alqışlayıb.

Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkiləri Qərbin diqqət mərkəzindədir. Lakin Qərbdə İlham Əliyevin üçüncü müddət üçün prezidentliyə namizədliyinin irəli sürülməsi perspektivinə mənfi yanaşırlar. “Bu etiraz prezidentin ailə üzvlərinin namizədliyinin irəli sürülməsinə də aid olmalıdır”, deyə Oruclu qeyd edib.

“AŞPA və Avropa Parlamentinin son qətnamələri, habelə Avropada müxtəlif rəsmilərin bəyanatları Azərbaycanda demokratik prosesləri dəstəkləmək planlarının ciddiyyətinə dəlalət edir”, Oruclu belə hesab edir.

SMDT sədri Anar Məmmədli ölkənin demokratikləşməsinin, Aİ və NATO-ya daxil olmasının tərəfdarı olan qüvvələri ətrafında birləşdirəcək Azərbaycanın Avrointeqrasiyası Xartiyasının hazırlanması ideyası irəli sürüb.
XS
SM
MD
LG