Accessibility links

Rolan Kobia: Azərbaycanın yerinə yetirməli vacib öhdəlikləri var


Avropa İttifaqı Azərbaycanda siyasi məhbusların azad edilməsini istəyir
Avropa İttifaqı Azərbaycanda siyasi məhbusların azad edilməsini istəyir

Azərbaycan demokratik seçkilərin keçirilməsinə və insan hüquqlarının təminatına səy göstərməlidir

Azərbaycan demokratik seçkilərin keçirilməsinə və insan hüquqlarının təminatına səy göstərməlidir. Bu barədə 2012-ci il üçün Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Azərbaycanda irəliləyişin qiymətləndirilməsinə dair illik hesabatda deyilir.

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Rolan Kobia aprelin 3-də mətbuat konfransında bildirib ki, hesabatda 2012-ci il üçün AQS çərçivəsində tərəfdaş ölkələrin öhdəliklərini yerinə yetirməsi tendensiyası əksini tapıb.

“Biz müstəqilliyə, bərabər tərəfdaşlığa hörmətlə yanaşırıq, lakin yerinə yetirilməsi vacib olan öhdəliklər var”, - Kobia vurğulayıb.

“Aİ tərəfdaşlarla demokratik dəyişiklik sahəsində əməkdaşlığı davam etdirəcək. Bəzi tərəfdaş ölkələrdə bu məsələlərlə bağlı narahatlıq var və biz demokratiya məsələsində onlara yardım göstərəcəyik”, Kobia Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələsi üzrə ali nümayəndəsi Ketrin Eştondan ndən sitat gətirib.

“Həmçinin Aİ vətəndaş cəmiyyəti ilə əməkdaşlığa mühüm önəm verir. Bəzi ölkələrdə vətəndaş cəmiyyəti, QHT rəhbərlərinin sərbəst hərəkəti üçün maneələr yaradılır, onlar təqib olunur, maliyyə yardımı almalarına əngəl törədilir”, Kobia Aİ komissarı Ştefan Füledən sitat gətirib.

Sonra Kobia Azərbaycan üzrə hesabata toxunaraq bəzi müsbət məqamların üzərində dayanıb. Əsasən o, Azərbaycanın müsbət makroiqtisadi göstəricilərini qeyd edib.
Eyni zamanda korrupsiya və inhisarçılıq ölkə iqtisadiyyatının diversifikasiyasının qarşısını alır.

2012-ci ildə hakimiyyət insan hüquq və azadlıqlarının təminatı üzrə fəaliyyət planının reallaşmasına başlayıb.

2011-i ilin yazında həsr olunmuş müxalifətçilərin əfv edilməsi müsbət haldır.
Ədliyyə sistemində islahatlar aparılıb, pulların yuyulması, insan alverinə qarşı tədbirlər həyata keçirilib. Aİ proqramlarında iştirak edən tələbə və tədqiqatçıların sayı artıb.

Energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üzrə addımlar atılıb.
Əsasən Kobia TANAP qaz kəməri üzrə sazişin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiyasını qeyd edib.

İrəliləyişə tələbatın olduğu sahələrə insan hüquq və azadlıqları, seçki prosesi, ədliyyə sisteminin müstəqilliyinin təminatı aiddir.

Assosiativ sazişin bağlanması üzrə danışıqlarda böyük irəliləyiş lazımdır və uzun fasilədən sonra gələn Brüsseldə bu məsələyə dair danışıqlar bərpa olunacaq.
O, korrupsiyaya qarşı mübarizə sahəsində də böyük irəliləyişin olmasının vacibliyini vurğulayıb.

Aİ-nin tövsiyələri sırasında Azərbaycan AŞPA-nın yanvar sessiyasında qəbul edilmiş insan hüquqları sahəsində öhdəliklərə dair qətnaməni yerinə yetirməyə çağırılıb.
Bu sahədə Milli fəaliyyət planının icrası, diffamasiya haqqında qanunun qəbulu, toplaşma, media, birləşmə azadlığı sahəsində qanunvericiliyin yaxşılaşdırılması, jurnalistlərə və fəallara qarşı zorakılıq faktlarının araşdırılması tövsiyə olunub.

Qarabağ münaqişəsinə gəlincə, “Madrid prinsipləri” çərçivəsində öhdəliklərə əməl olunması, Aİ nümayəndələrinin, o cümlədən Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə maneəsiz gedişi tövsiyə edilib.

Aİ-nin Minsk Qrupunun tərkibinə daxil olmaq imkanları barədə sualın cavabında Kobia deyib ki, bu, müzakirə olunmur və bununla bağlı rəsmi təklif daxil olmayıb.
“Bakı növbəti dəfə Aİ-nin tövsiyələrinə məhəl qoymasa, nə olacaq?” sualının cavabında Kobia deyib ki, bunlar yalnız Aİ-nin tövsiyələridir, müstəqil dövlətlərə zorla qəbul etdirilə bilməz. Aİ-nin təklifləri tövsiyə xarakteri daşıyır, icbari xarakter yox.
Qarşıdakı prezident seçkilərinə toxunan Kobia deyib ki, Aİ onların şəffaflığına və ədalətliliyinə tərəfdardır.

O, NİDA fəallarının həbsini şərh etməkdən yayınaraq bildirib ki, bu barədə onda ətraflı məlumat yoxdur, çünki ölkəyə yenicə qayıdıb. Lakin diplomat qeyd edib ki, bütün hallarda Aİ beynəlxalq standartlar əsasında ədalətli araşdırmalara çağırır. Aİ nümayəndələri gənclərin həbsi ətrafında vəziyyəti izləyir və öz mövqeyini bildirir”, - o vurğulayıb.

Kobia REAL hərəkatının rəhbəri İlqar Məmmədovun həbsinə toxunaraq Aİ-nin yüksək vəzifəli nümayəndələrinin bəyanatlarını xatırladıb. O, İ. Məmmədovun həbsinin 2 ay uzadılmasından təəssüfləndiyini bildirib.
XS
SM
MD
LG