Accessibility links

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” xarici işlər nazirlərinin Bakı toplantısı olub [video]


Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” xarici işlər nazirlərinin Bakı toplantısı olub
please wait

No media source currently available

0:00 0:04:55 0:00

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” xarici işlər nazirlərinin Bakı toplantısı olub

Forumda dövlətlərin müstəqilliyi və ərazi bütövlüyünün qorunması, enerji təhlükəsizliyi, demokratiya və vətəndaş cəmiyyətinin inkişafı məsələləri müzakirə edilib

Sentyabrın 9-da Bakıda Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə həmin dövlətlərin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, enerji təhlükəsizliyi, demokratiya və vətəndaş cəmiyyətinin inkişafı məsələləri müzakirə edilib. Bu barədə görüşdən sonra mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Öz növbəsində Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle deyib ki, Aİ “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığa mühüm önəm verir və onların suverenliyini, ərazi bütövlüyünü qorumağa hazırdır. Lakin bu dövlətlər öz suverenliklərini özləri müəyyən etməlidirlər.

Aİ 2009-cu il Madrid müqaviləsi ilə öz prioritetləri sırasında demokratiyanın inkişafı, insan hüquqları, ədalətli ədliyyə sistemi, korrupsiyaya qarşı mübarizə, vətəndaş cəmiyyətinə hörmətlə yanaşılmasını müəyyən edib.

Fülenin fikrincə, islahatların həyata keçirilməsi üçün hökumətlə vətəndaş cəmiyyəti arasında dialoq olmalıdır.

Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Helda Şmit müdafiə və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparıldığını bildirib.

O qeyd edib ki, Ukrayna böhranı “Şərq Tərəfdaşlığı” ölkələrinin təhlükəsizliyinə qorxu yaradır.

Aİ “Şərq Tərəfdaşlığı” məkanında bütün münaqişələrin nizamlanmasına tərəfdardır. O, vətəndaş cəmiyyətinin inkişafının və onun hökumətlə dialoqunun vacibliyini qeyd edib.

Füle jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Krımın Rusiya tərəfindən anneksiyası “bu münaqişənin dinc yolla nizamlanması imkanlarını aradan qaldırır”.

Qarabağ münaqişəsinə gəlincə, bundan ötrü beynəlxalq çərçivələr var və Aİ bu səyləri dəstəkləyir. Onun fikrincə, məsələnin həlli hər iki tərəfin iradəsindən asılıdır və Aİ öz tərəfindən dəstək göstərməyə hazırdır.

Azərbaycanın iqtisadi nailiyyətlərini qeyd edən Füle deyib ki, ölkədə vətəndaş cəmiyyəti üçün məkan daralır. Onun fikrincə, hökumət vətəndaş cəmiyyəti ilə birlikdə onun problemlərinin həlli yollarını tapmalıdır.

“Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi şəraitində ölkə Avropa dəyərlərinə və prinsiplərinə sadiqliyini nümayiş etdirməlidir”, komissar vurğulayıb.

Öz növbəsində E.Məmmədyarov deyib: “Biz istəyirik ki, QHT-lər daha da şəffaf olsunlar. Onlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər. İnsan hüquqlarını müdafiə edərkən qanunun aliliyinə əməl olunmalı, qanunlara hörmətlə yanaşılmalıdır”.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının vəziyyəti bəzi Aİ ölkələrində olduğundan pis deyil.

XS
SM
MD
LG