Accessibility links

Azərbaycan prezidenti İlham Əliyev mayın 21-22-də Avropa İttifaqının Riqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində iştirak etməyəcək.

Bu barədə bu gün prezidentin köməkçisi Əli Həsənov bildirib. O, bunu yaxınlaşmaqda olan Avropa Oyunları ilə əlaqədar prezidentin həddindən artıq sıx iş qrafiki ilə əlaqələndirib.

Sammitdə Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

XS
SM
MD
LG