Accessibility links

Avropa İttifaqnın liderləri Brüsseldə keçirilən iki günlük zirvə görüşündə Türkiyə ilə miqrant böhranının həllinə dair planı müzakirə edir.

Avropa İttifaqının miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopulos üzv ölkələri Türkiyədən gələn daha çox miqrantı yerləşdirmək haqda üzərlərinə götürən öhdəliklərə əməl etməyə çağıdıb.

28 ölkənin üzv olduğu Avropa İttifaqı Yunanınıstanda minlərlə miqrantın toplaşması və gələn aylarda daha çox qaçqının gəlməsi gözlənildiyinə görə daxili fikir ayrılıqlarına son qoymalı və miqrant böhranının həlli məqsədilə ilə plan hazırlamalıdır.

BMT-nin Qaçqın agentliyinin sözçüsü Barbar Balox Avropa ölkələrinin qaçqınların problemlərinin həllinə kömək edə biləcək bir mexanizm hazırlamalı olduğunu deyib.

Türkiyə ilə bu ayın əvvəli əldə olunmuş razılığa əsasən, Ankara Türkiyədən Yunanıstana sənədsiz keçən qeyri-qanuni miqrantları geri qaytarmalıdır.

Bunun müqabilində Avropa İttifaqı Türkiyə ilə quruma üzvlüklə bağlı uzun müddətdir dalana dirənmiş danışıqları sürətləndirməyə və Türkiyənin irəli sürülmüş ciddi şərtlərə əməl etdiyi halda Türkiyə vətəndaşlarının vizasız səfərlərinə icazə verməyə razı olub.

Bəzi müşahidəçilər miqrant siyasəti ilə bağlı razılığın əldə edilməsinin çətin olduğunu söyləyir. Buna səbəb olaraq onlar bəzi üzv ölkələrin miqrantların Avropa sərbəst hərəkətinə icazə verən liberal siyasətə etiraz etməsini göstərir.

XS
SM
MD
LG