Accessibility links

Avropa Məhkəməsi müxalifətçinin hüququnun pozulduğunu tanıyıb


Avropa məhkəməsi

Avropa məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müxalifətdə olan Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Yaqub Babalının 2010-cu il parlament seçkiləri zamanı hüquqlarının pozulduğunu tanıyıb.

Həmçinin məhkəmə ona 7500 avro həcmində kompensasiyanın verilməsi barədə qərar çıxarıb.

Y.Babalı Amerikanın Səsinə bildirib ki, 87 saylı Ağsu-İsmayıllı dairəsindəndeputatlığanamizədliyini irəli sürüb. Lakin Mərkəzi Seçki Komissiyası rəsmən Yeni Azərbaycan Partiyasının namizədi Ərəstun Cavadovun qələbəsini tanıyıb.

Y.Babalı hesab edir ki, seçkilər saxtalaşdırılıb, Azərbaycan məhkəmələrində onun şkayətlərinə obyektiv baxılmayıb.

Y.Babalının Avropa məhkəməsinə şikayətini Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri, hazırda həbsdə olan İntiqam Əliyev hazırlayıb.

XS
SM
MD
LG