Accessibility links

Avropa Məhkəməsi azərbaycanlı jurnalistin şikayətini təmin edib


Ramiz Nəcəfli
Ramiz Nəcəfli

Azərbaycan hökuməti jurnalistə 13 avro təzminat ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azərbaycanlı jurnalist Ramiz Nəcəflinin şikayətini təmin edib və ona 13 min avro təzminat ödənilməsini qərara alıb.

AİHM Nəcəflinin Avropa İnsan Hüquqları Konvensiyasının iki maddəsində - “qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi” (maddə 3) və “fikri ifadə etmək azadlığı” (maddə 10) maddələrində zəmanət verilmiş hüquqlarının pozulduğunu aşkar edib.
Şikayət Nəcəflinin 9 oktyabr 2005-ci ildə Bakıda “Sahil” bağında müxalifətin etiraz aksiyası zamanı “Boz qurd” qəzetinin redaktoru qismində peşə fəaliyyətini həyata keçirərkən döyülməsi ilə bağlı idi.

Aksiyanın dağıdılması zamanı Nəcəfli polis tərəfindən döyülüb, beyin silkələnməsi alıb və huşsuz halda reanimasiyaya yerləşdirilib. Lakin, Azərbaycanın hüquq-mühafizə orqanları və məhkəmələri bunu araşdırıb, təqsirkarları cəzalandırmayıblar.

Məhkəmə ona mənəvi ziyana görə 10 min avro və məhkəmə xərclərinin geri ödənilməsi üçün 3 min avro ödənməsini qərara alıb. Lakin jurnalist kompensasiyanın ölçüsünü qeyri-kafi hesab edir. Onun sözlərinə görə, aldığı zərbənin nəticələrini hələ də çəkir və hər il müalicəyə 7-8 min manat xərcləyir. Bu vəsaiti ödəməkdə qohumlarım köməklik edir, deyə Nəcəfli bildirib.

Bundan başqa, o, zərbədən sonra iş qabiliyyətini qismən itirib və qəzetin nəşrini dayandırmaq məcburiyyətində qalıb. Hazırda məhdud şəkildə pedaqoji fəaliyyətlə məşğul olur. O, AİHM-nin bu faktları nəzərə almamasından təəssüfünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG