Accessibility links

Avropa Məhkəməsi Azərbaycanda parlament seçkilərindən 14 şikayəti təmin edib


Avropa məhkəməsi

Avropa məhkəməsi

Dekabrın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkiləri ilə bağlı verilmiş 14 şikayətin təmin edilməsi barədə qərarını açıqlayıb

Məhkəmə bütün şikayətlər üzrə azad seçki hüququnun pozuntusunu taniyib. Mənəvi zərərə görə kompensasiya 12 işdə 10 000, 2 işdə 7500 avro təşkil edir. Bu barədə vəkil Əsabəli Mustafayev Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Avropa Məhkəməsi bütün işləri siyahıdan çıxarmaqdan imtina edib. “Bu o deməkdir ki, həmin işlərin icrasına Avropa Şurası Nazirlər Komitəsi nəzarət edəcək və məhkəmə Azərbaycanda parlament seçkiləri ilə bağlı yeni qərarlarını elan edəcək”, vəkil qeyd edib.


XS
SM
MD
LG