Accessibility links

ВР şirkəti Bakı 2015 Avropa Oyunlarına sponsorluq edəcək


Bakı 2015 Avropa Oyunları-logo

Bakı 2015 Avropa Oyunları-logo

Bakı Avropa Oyunları 12-28 iyun 2015-ci ildə 19 idman növü üzrə keçiriləcək. Oyunlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək.

ВР şirkəti Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) ilə əməkdaşlıq sazişi imzalayıb.

Sazişi Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və BP şirkətinin Azərbaycan Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti İan Saderlənd imzalayıb.

Sazişə əsasən, BP həmçinin Azərbaycanda yüksək dərəcəli idmançıların hazırlanmasına dəstək verəcək.

Azad Rəhimovun sözlərinə görə, BP şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəni dərindən tanıyır. "BP bütün dünyada böyük beynəlxalq idman tədbirlərinin dəstəkənməsində böyük təcrübəyə malikdir və biz onu Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi qəbul etməkdən məmnunluq duyuruq. Mən əminəm ki, BP-nin dəstəyi bu oyunların Azərbaycan və Avropa boyunca dəstəklənməsinə yardım edəcək, eləcə də idmançılarımızın ən yüksək nəticələr qazanmaq üçün daha da inkişaf etdirilməsinə köməklik edəcək".

BEGOC Əməliyyat Komitəsi yaxın vaxtlarda Avropa Oyunlarına maraq göstərən 5-6 şirkətlə də saziş imzalayacaq. Avropa Oyunlarının 18 sponsoru olacaq.

BP-nin vitse-prezidenti İan Saderlənd deyib ki, bu təşəbbüs yüzlərlə Azərbaycan gəncinin yeni bacarığa və biliklərə yiyələnərək ölkənin potensialına töhfə verməsi üçün gözəl bir imkandır. "BP şirkəti Azərbaycanın bacarıq və potensiallarının yaradılması istiqamətində göstərdiyi ümumi səyləri gücləndirəcək və layihələrin həyata keçirilməsində böyük bir təcrübəni miras qoyacaq bu təşəbbüsü dəstəkləməkdən məmnunliq duyur. Azərbaycan yığmasının London Olimpiadasında iştirakını dəstəklədik, Olimpiya və Paraolimpiya Komitələri ilə əməkdaşlıq müddətini 2016-cı ilə uzatdıq”, - deyə o qeyd edib.

Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleq bildirib ki, BP-nin iştirakı Bakı Avropa Oyunlarına necə böyük əhəmiyyət verdiyini göstərir.

Bakı Avropa Oyunları 12-28 iyun 2015-ci ildə 19 idman növü üzrə keçiriləcək. Doqquz idman növündə 2016-cı ilin Olimpiya Oyunlarına lisenziya veriləcək. Oyunlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Bakı Avropa Oyunlarında 1 mln-dan çox izləyici olacağı gözlənilir.
XS
SM
MD
LG