Accessibility links

Avropa Oyunları haqqında ilkin məlumat [Video]


Baku 2015 European Games (Foto Avropa Oyunlarının Facebook səhifəsindən götürülüb )

Baku 2015 European Games (Foto Avropa Oyunlarının Facebook səhifəsindən götürülüb )

Oyunlar 20 idman növü üzrə keçiriləcək

Bu il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunları Avropanın hər yerindən gələn 6000-dən çox idmançı arasında keçiriləcək çoxşaxəli idman yarışıdır. Oyunlar Avropa Olimpiya Komitələri (AOK) tərəfindən hazırlanıb və idarə edilir. Bu barədə Avropa Oyunlarının rəsmi saytı (az.Baku2015.com) məlumat yayıb.

​İlk Avropa Oyunlarınının keçirilməsi haqqında qərar 8 dekabr 2012-ci ildə Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında verilib. Baş Assambleyada 49 Milli Olimpiya Komitəsi iştirak edib. Məhz bu tədbirdə 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarını keçirmək hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verilib.

Avropa Oyunları Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. 2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə Oyunları olacaq. Avropa Oyunlarında on altısı Olimpiya və dördü qeyri-Olimpiya olmaqla cəmi 20 idman növü təmsil olunacaq.

Ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq. Kamandan oxatma, atletika, voleybol, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və güləş daxil olmaqla 12 idman növü üzrə Rio 2016 Yay Olimpiyadasına təsnifat imkanları veriləcək.

XS
SM
MD
LG