Accessibility links

Prezident və MOK Avropa Oyunlarında qaliblərin mükafatlarını müəyyən edib


Avropa Oyunlarının medalları

Avropa Oyunlarının medalları

Prezident İlham Əliyev Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manta, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat mükafat veriləcək.

Həmçinin milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər, komanda idman növlərində komanda üzvlərinə (əsas heyət) və məşqçilərə (baş məşqçi və köməkçi), birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat, ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat, üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat mükafat müəyyən edilib.

Bununla yanaşı, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti olaraq da I Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Həmin sərəncama görə Azərbaycan Milli Olimpiya Komitəsi isə birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manta, ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat mükafat müəyyən edib.

Komanda idman növlərində isə birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manta, ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manta, üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat mükafat veriləcək.

XS
SM
MD
LG