Accessibility links

Avropa Oyunlarının açılış mərasiminə bütün biletlər satılıb


Avropa Oyunları-bilet

Avropa Oyunları-bilet

Son 50 ildə Avropa idman təqvimininin önəmli tədbirini tamaşaçılarla tam dolu stadionla qarşılayacağıq

İyunun 12-də Birinci Avropa Oyunlarının açılış mərasimi tamaşaçılarla dolu stadionda baş tutacaq. Çünki artıq mərasim üçün biletlərin hamısı satılıb. Bu barədə Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bildirib.

“Bu, inanılmaz nailiyyətdir. İlk Avropa Oyunlarının rəsmi açılış mərasiminin Azərbaycanın idman tarixində ən möhtəşəm və unudulmaz gecə olacağı ilə hamımız qürur duymalıyıq”, Saymon Kleq deyib.

Onun firkncə, son 50 ildə Avropa idman təqviminə daxil edilən çox əhəmiyyətli bir tədbir tamaşaçılarla tam dolu stadionda qarşılayanacaq.

“30 ay ərzində biz xəyalı reallığa çevirdik. Mən, təkcə açılış mərasiminə deyil, həmçinin idman yarışlarının da biletlərinin satılmasına görə 78 faizi yerli işçilərdən təşkil olunmuş BAOƏK heyətinə öz təşəkkürümü bildirirəm”, o qeyd edib.

Baş direktor artıq 106 idman yarışları üzrə biletlərin satıldığını açıqlayıb.

“Avropa Oyunları ərəfəsində Bakıda aşkar hiss edilən həyəcan indi də bilet satışlarına sirayət etməkdədir. BAOƏK ilk Avropa Oyunlarına tamaşa etmək istəyən minlərlə insanın hüquqlarının qorunması, biletlərin təkrar satışı və saxtakarlığı ilə bağlı qanunun tələblərinə riayət edilməsi üçün Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir”, o deyib.

BAOƏK-in bilet satışı üzrə məsul şəxsi Miryam Boqataj qeyd edib ki, bu sahədə Azərbaycanın Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Milli Məclislə birgə fəaliyyət ortaya qoyulub.

“Biz satılan biletlərin həqiqiliyini təmin etmək istəyirik. Bunu etməyin ən yaxşı yolu biletləri yalnız Bakı və Mingəçevir şəhərlərində yerləşən bilet satış məntəqələrindən əldə etməkdir”, Miryam Boqataj qeyd edib.

Azərbaycanın idman tarixinin ən böyük gecəsinə bilet əldə edə bilməyənlər isə Bakı 2015-in rəsmi veb-saytını izləyə bilər. Açılış mərasimi Baku2015.com səhifəsində canlı yayımlanacaq və Bakı vaxtı ilə saat 12-dən başlayan canlı yayım saytda və sosial media platformasında yerləşdiriləcək.

XS
SM
MD
LG