Accessibility links

Rusiya və Ukrayna idmançıları arasında dava ilə bağlı məlumatlar təsdiqini tapmayıb


Rusiya və Ukraynalı idmançıların davası (Foto azadlliq.info saytından götürülüb)

Rusiya və Ukraynalı idmançıların davası (Foto azadlliq.info saytından götürülüb)

“Bakıda rusiyalı və ukraynalı idmançılar arasında dava olmayıb”. APA agentliyinin məlumatına görə, Rusiyanın Bakı-2015 I Avropa Oyunlarındakı nümayəndə heyətinin rəhbəri İqor Kazikov belə deyib.

Ukrayna yığmasının “şef-de-missionu” Anna Sorokina da belə dava olmadığını bildirib.

Yayılan məlumatların yanlış olduğunu bildirən A. Sorokina qeyd edib ki, bununla bağlı Ukrayna səfirliyi müvafiq yerlərə iki informasiya notası göndərib: “Yalan məlumatların saytlardan çıxarılması tələb olunub. Lakin onlar həmin xəbərləri saytdan çıxarmaq əvəzinə başqası ilə yeniləyib. Hərçənd, bizim idmançılar heç bir davada iştirak etməyiblər”.

***

Bakıdakı “Atletlər kəndi”ndə Rusiya və Ukraynadan olan idmançılar arasında qarşıdurma olub.

Rusiya və Ukraynalı idmançıların davası (Foto virtualaz.org saytından götürülüb)

Rusiya və Ukraynalı idmançıların davası (Foto virtualaz.org saytından götürülüb)

Bu məlumat virtualaz.org saytına “Atletlər kəndi”ndəki mənbələrdən daxil olub.

Məlumata görə, rusiyalı və ukraynalı idmançıların bir qrupu arasında insident yaranıb və onlar mübahisə edərək “atışıblar”.

Emosiyalarına hakim ola bilməyən idmançılar daha sonra əlbəyaxa davaya keçiblər. Olimpiya kəndinin əməkdaşları dalaşan idmançıları sakitləşdirə biliblər.

XS
SM
MD
LG