Accessibility links

Azərbaycan idmançıları qızıl və bürünc medalları qazanıb


Mariya Stadnik (Foto David Ramosundur)

Mariya Stadnik (Foto David Ramosundur)

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 48 kiloqram çəkidə Avropa Oyunlarının qızıl medalını qazanıb. O finalda Bolqarıstan idmançısı Elitsa Yankova 21:1 hesabı ilə qalib gəlib.

Mariya Stadnik ilk görüşdə portuqaliyalı Lilian Santosu (12:2), 1/4 finalda fransalı Julie Sabatieni (11:0), yarımfinalda isə isveçli İvona Matkovskanı (8:2) məğlub edib.

55 kiloqramlıq çəkidə isə Azərbaycan idmançısı Natalya Sinişin bürünc medal qazanıb.

Azərbaycanın idman gimnasikası üzrə kişilərdən ibarət komandası da Avropa Oyunlarının bürünc medalını qazanıb.

İdmançılar Petro Paxnyuk, Oleq Stepko və Eldar Səfərovdan ibarət trio 6 hərəkətin cəmində 174,195 xal toplayıb. Rusiya 178,963 xalla qızıl, Ukrayna 177,429 xalla gümüş medala sahib olub.

Hazırda Avropa Oyunlarında Rusiya 15 medalla (9 qızıl, 2 gümüş, 4 bürünc) birinci, Azərbaycan 16 medalla (7 qızıl, 2 gümüş, 7 bürünc) ikinci, Türkiyə 12 medalla (4 qızıl, 2 gümüş, 6 bürünc) medalla üçüncü yerdədir. Sonrakı yerləri Almaniya (11 medal), İsveçrə (6 medal), Macarıstan (4 medal) bölüşür.

XS
SM
MD
LG