Accessibility links

Avropa Parlamentinin prezidenti Azərbaycanı siyasi dustaqları azad etməyə çağırıb


Avropa Birliyinin deputatları mayın 12-də Azərbaycanı Avropa Oyunları başlayana qədər siyasi dustaqları azad etməyə çağırıb. Bu barədə “Azadlıq” qəzeti məlumat yayıb.

Avropa Parlamentinin prezidenti Aleksandr Qraf Lambsdorff bəyan edib ki, Azərbaycan hökuməti öz vətəndaşlarının Avropa İnsan Haqları Konvensiyasında və BMT-nin İnsan haqları ilə bağlı Deklorasiyasında nəzərdə tutulan hüquq və azadlıqlarını təmin etməlidir.

Lambsdorf Avropa Parlamentində keçirilən “Bakı Avropa Oyunları” adlı tədbirdə iştirak edib.

Avropa Parlamenti iyunda keçiriləcək sessiyasında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnaməni qəbul etməyə hazırlaşır. Buna görə də, ilk növbədə jurnalistlərin və hüquq müdafiəçilərinin siyasi dustaq adlandırdığı başqa şəxslərin azadlığa buraxılmasını tələb edir.

Avropalı deputatlar hesab edirlər ki, 28 may İstiqlaliyyət günündə İlham Əliyev siyasi dustaqları azad edə bilər.

XS
SM
MD
LG