Accessibility links

Avropa Parlamentində həbsdə olan Azərbaycan hüquq müdafiəçilərinə dəstək askiyası


Avropa Parlamentində Azərbaycanda siyasi məhbsulara azadlıq aksiyası

Avropa Parlamentində Azərbaycanda siyasi məhbsulara azadlıq aksiyası

İyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropanın Yaşıllar partiyasının üzvü Ulrike Lunaçek və bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar.

Avropa Parlamenti

Avropa Parlamenti

Qara köynəklərin üzərində jurnalist Xədicə İsmayılovanın, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Leyla Yunus, Emin Hüseynov, İntiqam Əliyevin şəkilləri var idi.

Avropa Parlamenti

Avropa Parlamenti

Avropalı parlamentarilər bununla Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə çağırıb.

Daha sonra Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçek çıxış edərək bildirib ki, idman insan hüquqlarına göz yummaq demək deyil və Azərbaycanda bu hala qarşı qətnamə çıxarılmalıdır.

Qeyd edək ki, Amnesty İnternational, Freedom House, Human Right Watch, Norveç İnsan Haqları Evi Azərbaycanda Avropa Oyunları öncəsi həbs olunan hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalardan narahatlıq ifadə edən bəyanatlar yayıblar. Həmin sənədlərdə Azərbaycan hakimiyyəti həbslərə son qoymağa, insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırılır.

XS
SM
MD
LG