Accessibility links

AŞPA Azərbaycanda insan hüquqlarının durumunu müzakirə edəcək


Avropa Şurası Parlament Assambleyası (AŞPA)
Avropa Şurası Parlament Assambleyası (AŞPA)

İyunun 22-26-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək. Müzakirə olunacaq mövzular arasında Monitorinq Komitəsi məruzəçilərinin “Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında” hesabatı da olacaq. Hesabata iyunun 23-də baxılacaq.

Sessiyada müzakirə olunacaq mövzular arasında Ukraynadakı vəziyyət, Rusiya nümayəndə heyətinin səs hüququ, Macarıstandakı vəziyyət də var.

Azərbaycanla bağlı məruzəyə gəlincə, hesabatda Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsi, ölkədə məhkəmə sisteminin vəziyyəti, noyabrda keçiriləcək parlament seçkiləri fonunda seçkilər problemi qiymətləndirilir.

Sənəddə qeyd edilir ki, Venesiya Komissiyasının seçki qanunvericiliyində islahatlarla bağlı əvvəlki tövsiyələrinə ölkə hakimiyyəti məhəl qoymayıb.

Məruzə müəllifləri ölkədə ifadə və toplaşmaq azadlığı hüquqlarına riayət olunmaması, məhkəmə sisteminin icra hakimiyyətindən asılılığı faktlarını qeyd edirlər.

“Monitorinq Komitəsi insan hüquqları sahəsində vəziyyətin pisləşməsindən, müstəqil QHT və hüquq müdafiəçilərinin fəaliyyəti üçün imkan olmamasından, müstəqil KİV-lərin təqib olunmasından ciddi narahatlığını bildirir”.

Həmçinin, sənəddə hökumətə “bu sistemli təqiblərə və hakimiyyəti tənqid edənlərin boğulmasına son qoyulması” çağırışı yer alır.

Məruzədə Avropa İnsan Hüquqları Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin bütün əvvəlki tövsiyə və qərarlarının tətbiq edilməsi və ölkədə real hakimiyyət bölgüsünün, ifadə və toplaşmaq azadlığının təmin edilməsi zərurəti vurğulanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG