Accessibility links

Avropada 13 hava limanı İran təyyarələrinə yanacaq vermir


Avropada 13 hava limanı İran təyyarələrinə yanacaq vermir

Avropada 13 hava limanı İran təyyarələrinə yanacaq vermir

Sərnişin təyyarələrinə yanacaq verilməməsə də İran Avropa ölkələrinə uçuşları dayandırmayıb.

“İranAir” in icraçı direktoru Fərhad Pərvəriş jurnalistlərə açıqlamasında Avropanın bir sıra aeroportlarında İranın sərnişin təyyarələrinə yanacaq verilmədiyini deyib.

“Media forum” saytının məlumatına görə, Fərhad Pərvəriş qeyd edib ki, “İranAir” in sərnişin təyyarələrinə yanacaq verilməməsi beynəlxalq sanksiyalarla əlaqədardır. “Hazırda “İranAir” aviasiya şirkəti dünyanın 33 yerinə uçuş təşkil edir. Lakin İrana qarşı sanksiyalar gücləndirildikdən sonra Avropa ölkələrindəki 13 aeroport təyyarələrimizə yanacaq verməkdən imtina edir. Sərnişin təyyarələrimizə yanacaq verilməməsinə baxmayaraq biz Avropa ölkələrinə uçuşları dayandırmamışıq. Misal üçün, biz Almaniyanın üç şəhərinə - Frankfurt, Hamburq və Kölnə uçuşlar təşkil etsək də, bu şəhərlərin aeroportları bizə yanacaq vermir. Həmçinin Böyük Britaniyanın London aeroportu da bizə yanacaq verməkdən imtina edir”, deyə o qeyd edib.

XS
SM
MD
LG