Accessibility links

Avropada futbol bayramı başlayır


Hər dörd ildən bir keçirilən futbol üzrə Avropa Çempionatı iyunun 10-da ev sahibi Fransa ilə Rumıniya arasındakı oyunla başlayır. Futbol həvəskarlarının aylardır səbirsizliklə gözlədiyi gün gəlib çatıb. Bu çempionatı azərbaycanlı futbol azarkeşləri üçün maraqlı edən daha bir məqam isə Türkiyə milli komandasının 8 ildən sonra turnirdə yenidən oynamaq hüququ əldə edə bilməsidir.

Türkiyə ilk oyununu iyunun 12-də 8 il əvvəl drammatik qələbə ilə üstələdiyi Xorvatiya komandasına qarşı oynayacaq. Euro 2016 iyulun 10-da keçiriləcək final oyunu ilə başa çatacaq.

Tarixdə ilk dəfə olaraq yarışda 24 komanda iştirak edəcək, əvvəllər iştirakçı komandaların sayı 16 olub. Yarışda 47 oyun keçiriləcək.

Xatırladaq ki, Avropa çempionatı artıq futbola tətbiq edilmiş yeni qaydalarla keçiriləcək.

UEFA-nın məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının bununla bağlı qəbul etdiyi qərar 2016-cı il iyunun 1-dən qüvvəyə minib.

Qərara əsasən, oyuna mərkəzdən başlayanda topu əvvəlki kimi ancaq qabağa yox, meydanın istənilən yerinə ötürmək olar.

Bundan başqa Fransada başlanan futbol üzrə Avropa çempionatı UEFA-nın keçirdiyi ən mənfəətli yarış olacaq. Bu barədə Bloomberg məlumat yayıb. Gəlir 2 mlrd avro təşkil edəcək. Bu da 2012-ci ildə Polşa və Ukraynada keçirilən yarışdan 600 mln avro çoxdur.

Agentliyin məlumatına görə, təşkilatçılar yayımın satışından 1 mlrd avro (2012-ci ildəkindən 25% çox) və sponsorlardan 400 min avro (40% az) əldə edəcək. qalan pullar oyunlara satılna 2,5 mln biletdən əldə ediləcək.

XS
SM
MD
LG