Accessibility links

Avropada hava məkanı uçuşlar üçün açıqdır


Avrokontrol çərşənbə axşamı qitədə ən azı 28 min uçuşun olacağını söyləyib.

Avropa hava nəqliyyatı agentliyi demək olar ki, bütün hava məkanının uçuşlar üçün artiq açıq olduğunu bildirib. Avrokontrol çərşənbə axşamı Avropada ən azı 28 min uçuşun olacağını söyləyib. Vulkandan yaranmış kül dumanı bütün kontinenti 6 gün iflic vəziyyətdə saxladı. Avrokontrol bildirib ki, uçuşlar yalnız Şotlandiya, Norvegiya, İsveç və Finlandiyada məhdud olmaqda qalır. Avrokontrolun məlumatına görə ötən cümə axşamından bəri 95000 uçuş təxirə salınıb. Uçuşların ləğvi avialayner sənayesinə 1.7 milyard dollara başa gəlib.

XS
SM
MD
LG