Accessibility links

Avropada hava uçuşlarında fasilələr davam edir


İslandiya üzərində kül tufanı yüz minlərlə insanın aeroportlarda qalmasına səbəb olub

İslandiyada vulkan lavasından püskürən kül dumanı nəticəsində hələ də bütün Avropa ölkələrinin hava uçuşlarında fasilələr davam edir. Bəzi Avropa ölkələri hava məkanlarını tam qapatsa da, başqaları uçuşları təxirə salıb. Minlərlə uçuşun ləğv edilməsi yüz minlərlə insanın hava limanlarında qalmasına və hava yolları şirkətlərinin milyonlarla dollar itirməsinə səbəb olub. Rəsmilər hadisənin hələ bir neçə gün davam edəcəyini bildirib. Avropadakı dəmir yolu xidməti, bərə və taxsi şirkətlərinin dediyinə görə, hava uçuşlarında baş vermiş fasilələr bu xidmətlərdən istifadə edənlərin sayının artması ilə nəticələnib.

XS
SM
MD
LG