Accessibility links

Avropa İttifaqının sözçüsü Conatan Todd işsizliyin belə yüksək səviyyəyə çatmasını qəbuledilməz adlandırıb

Avropanın avro valyuta blokunda işsizlik artmaqda davam edir, təkcə keçən il qitədə əlavə iki miliyon insan işsiz qalıb.

Avropa İttifaqının bildirdiyinə görə, avqust ayında 17 ölkənin daxil olduğu avro valyuta məkanında 18 miliyon insan işsiz olub. Bu, 1995-ci ildən bəri ən böyük göstəricidir.

Birləşmiş Ştatlarda işsizlik səviyyəsi 8.1, Yaponiyada isə 4.1 faiz təşkil edir. Avro zonada işsizlik səviyyəsi 11.4 olub, bu göstərici əsaslı şəkildə digər iki iqtisadi rəqibdən çoxdur.

Avrozonaya daxil olmayan Avropa İttifaqının 10 dövlətində yeddi miliyon insan işsiz kimi qeydiyyata alınıb.

Avropa İttifaqının sözçüsü Conatan Todd işsizliyin belə yüksək səviyyəyə çatmasını qəbuledilməz adlandırıb.
XS
SM
MD
LG