Accessibility links

Avropada kül buludları uçuşları əngəlləməkdə davam edir

  • Asgar Asgarov

Avropa Hava Nəqliyyatı Agentliyi deyir ki, proqnozlaşdırılan külək istiqamətləri göstərir ki, hələ qarşıdan gələn bir neçə gün ərzində də uçuş imkanları məhdud qalacaq.

Artıq dördüncü gündür ki, bütün Avropa boyu hava nəqliyyatı iflic vəziyyətindədir. Buna səbəb İslandiyada vulkan püskürtüsü nəticəsində yaranan qatı kül buludlarının hərəkət qabiliyyətini məhdudlaşdırmasıdır. Avropa Hava Nəqliyyatı Agentliyi deyir ki, proqnozlaşdırılan külək istiqamətləri göstərir ki, hələ qarşıdan gələn bir neçə gün ərzində də uçuş imkanları məhdud qalacaq. Bu arada Hollandiya avialayneri KLM bildirib ki, şirkətə məxsus təyyarə kül dumanının içərisi ilə uçmuş və heç bir zədəyə məruz qalmamışdır. Şənbə günü bütün Avropa boyu uçuşların sayı normal həcmin 25 faizini təşkil edib. Uçuşların təxirə salınması yüz minlərlə sərnişinin səyahət planlarına təsir göstərib və aviaşirkətlər gündə yüz milyonlarla dollar pul itirirlər.

XS
SM
MD
LG