Accessibility links

Yerli siyasətçilər onların bağlanmal olduğunu, müsəlman liderlər isə bunun radikallığı artıracağını deyir

Paris hücumlarının fonunda Belçika, İtaliya və Almaniya təhlükəsizlik tədbirlərini artırdığı bir vaxt Avropanın kəşfiyyat xidmətləri və siyasətçiləri diqqətlərini qitədəki xüsusilə miqrantlərın nəzarətindəki evlərdə fəaliyyət göstərən yüzlərlə qeyri-rəsmi və lisenziyasız məscidlərə yönəlib.

İtaliya daxili işlər naziri Romanın terrorizmə qarşı mübarizəsinin və cihadçı xarici döyüşçülərinin cəlb olunmasının qarşısını almağın bir hissəsi kimi lisenziyasız məscidlərin bağlanması planını elan edib.

Avropa Birliyinin bir neçə ölkəsindəki siyasətçilər qeyri-rəsmi məscidləri ciddi yoxlanmasını, hətta bəziləri onların bağlanmasını tələb edir. Bu, bəzi müsəlman liderlərin tənqidinə səbəb olub və onlar xəbərdarlıq edir ki, belə məscidlərin bağlanması provokativ reydlərə, həmçinin cihadçıların bundan təbliğat vasitəsi kimi istifadə etməsinə səbəb ola bilər.

İtaliya daxili işlər naziri Romanın terrorizmə qarşı mübarizəsinin və cihadçı xarici döyüşçülərinin cəlb olunmasının qarşısını almağın bir hissəsi kimi lisenziyasız məscidlərin bağlanması planını elan edib.

Məscidlərin bağlanması təhlükəsi İslamçı liderlərin sərt tənqidlərinə yol açıb və onlar bildirib ki, italiyalı müsəlmanlar evlərdəki məscidlərə qatılmağa məcburdurlar, çünki rəsmi məscid binaları immiqrant əleyhdarı yerli rəsmilər tərəfindən əhatəyə alınır.

Bu, bəzi müsəlman liderlərin tənqidinə səbəb olub və onlar xəbərdarlıq edir ki, belə məscidlərin bağlanması provokativ reydlərə, həmçinin cihadçıların bundan təbliğat vasitəsi kimi istifadə etməsinə səbəb ola bilər.

Avropada çoxsaylı məscid var. 4 milyondan çox müsəlmanın yaşadığı Almaniyada 140, 3 milyon müsəlman sakini olan Britaniyada isə 200-ə yaxın məscid var.

Yunan müsəlmanlar isə on illiklərdir Afinada məscid inşası kampaniyası aparsa da, şəhər rəsmi məscidin olmadığı yeganə Avropa Birliyi paytaxtıdır. Yunanıstan hökuməti dəfələrlə rəsmi məscid tikilişini təsdiq etsə də, sağçı qruplar və Ortodoks kilsəsinin iddiaları nəticəsində məhkəmələr qərarı rədd ediblər.

Paris hücumlarından sonra Fransanın ultra-sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen yaraqlı islamçı təşkilatlara qadağa qoyulmasına və radikal məscidlərin bağlanmasına çağırıb.

XS
SM
MD
LG