Accessibility links

Avropada miqrant böhranı dərinləşir [Video]


Beynəlxalq Miqrasiya Təşkilatı bu il Yunanıstan sahillərinə 234 min qaçqının gəldiyini bildirir

Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, bu ilin əvvəlindən bəri Yaxın Şərq və Afrikada yoxsulluq və münaqişələrdən qaçaraq daha yaxşı həyat axtarışında olan 350 mindən çox miqrant Aralıq Dənizi boyu təhlükəli səfərə çıxıb. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropanın üzləşdiyi ən böyük miqrant axınından biridir.

Beynəlxalq Miqrasiya Təşkilatı bu il Yunanıstan sahillərinə 234 min qaçqının gəldiyini bildirir. 114 min insan İtaliyaya, az sayda miqrant isə İspaniya və Maltaya pənah aparıb.

Bu, İkinci Dünya Müharibəsindən sonra Avropanın üzləşdiyi ən böyük miqrant axınından biridir.

Ancaq əsasən insan alverçiləri tərəfindən idarə olunan köhnə və normadan çox yüklənmiş qayıqların batması nəticəsində 2600 insan ölüb.

Macarıstan Avropa Birliyinə miqrantların ən çox daxil olduğu ölkələrdən biridir. Belə ki, bu il 156 min miqrant Macarıstanın sərhədlərindən istifadə edib.

Budapeştin əsas qatar dayanacağını bir müddət bağlı saxladıqdan sonra Macar rəsmilər onu yenidən açıb, ancaq hələ də miqrantların daxil olmasına qadağa mövcuddur.

Bizim istəyimiz çox sadədir. Bizi buraxın. İcazə verin Macarıstandan keçək. Bizə Macar hökumətindən heç nə lazım deyil. Bizdən nə istəyirlər axı?

Əsasən Yaxın Şərqdə münaqişə zonalarından qaçan yüzlərlə miqranta icazə verilməyib. Çoxları bildirib ki, onlar qatara minərək Avstriya və Almaniyaya gedəcəklər.

"Bizim istəyimiz çox sadədir. Bizi buraxın. İcazə verin Macarıstandan keçək. Bizə Macar hökumətindən heç nə lazım deyil. Bizdən nə istəyirlər axı?"- deyə suriyalı qaçqınlardan biri bildirir.

2000-ə yaxın miqrant Almaniyanın Münhen şəhərinə gedə bilib. Ancaq onların bir çoxu şəhərin qatar dayanacağında qatardan düşürülüb.

Münhen polisi gələn çoxsaylı miqrant probleminin həllini tapmağa çalışdığı bir vaxt könüllülər pənah gətirənləri ərzaq və su ilə təmin edir.

"Artıq bir neçə aydır Bayerndə polis ciddi problemlərlə üzləşir. Biz qanunları qorumağa çalışırıq. Vəziyyət ciddi problem olaraq qalmaqdadır, ancaq biz bunu necəsə həll edəcəyik" - deyə şəhər polisinin sözçüsü bildirir.

Almaniya Avropada ən çox miqrant qəbul edən ölkədir və ilin sonunadək miqrant sayı 800 mindən çox ola bilər.

Qarşıdakı həftələrdə daha minlərlə miqrantın Avropa sahillərinə pənah aparacağı gözlənilir. 28 üzvlü Avropa Birliyi isə sentyabrın 14-də miqrant məsələsinə dair növbədənkənar danışıqlar keçirməyi planlaşdırır.

XS
SM
MD
LG